Ronaldunun bacısı köhnə forma ilə qardaşına dəstək oldu

Katia Aveiro Portuqaliyanın Özbəkistanı 5:0 məğlub etməsindən sonra Kriştianu Ronalduya emosional dəstək mesajı yazıb və onun köhnə formasında foto paylaşıb.

9

Kriştianu Ronaldunun bacısı Katia Aveiro Portuqaliyanın Özbəkistan üzərində böyükhesablı qələbəsindən sonra qardaşına emosional dəstək mesajı ünvanlayıb.

MSNews.az xəbər verir ki, “Sports.ru” Katia Aveironun sosial şəbəkə paylaşımına istinadən məlumat yayıb. O, Ronaldunun köhnə formasında foto paylaşaraq qardaşına olan dəstəyini ifadə edib.

Aveiro paylaşımında Ronaldu ilə “ölümə və ondan sonraya qədər” birlikdə olduğunu yazıb. O, qardaşını “qanı” və “qüruru” adlandıraraq, formanın hələ də mübarizə və qətiyyətin izlərini daşıdığını bildirib.

Paylaşım Portuqaliyanın DÇ-2026-nın “K” qrupunda Özbəkistanı 5:0 hesabı ilə məğlub etməsindən sonra edilib. Ronaldu bu görüşdə dubl edib və altı fərqli dünya çempionatında qol vuran ilk futbolçu olub.

Katia Aveiro daha əvvəl də qardaşının tənqid olunmasına reaksiya vermişdi. Bu paylaşım isə Portuqaliya millisinin inamlı qələbəsindən sonra Ronaldu ailəsinin ona açıq dəstəyi kimi diqqət çəkib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.