Ukrayna Dominikanadakı fəxri konsulunu geri çağırdı

Ukrayna XİN Dominikan Respublikasındakı fəxri konsul Viktoriya Yakimovanın patentini açıq-saçıq fotolar ətrafında yaranan mənfi ictimai rezonansdan sonra ləğv edib.

490

Ukrayna Xarici İşlər Nazirliyi Dominikan Respublikasının La Romana şəhərində fəaliyyət göstərən fəxri konsul Viktoriya Yakimovanın patentini ləğv edib. Qərarın səbəbi kimi təyinat ətrafında yaranmış ictimai rezonans göstərilib. Nazirlik əlavə yoxlamadan sonra bu addımı atdığını bildirib. 

Məlumatı MSNews.az “Hromadske” nəşrinə istinadən yayıb.

Qalmaqal Yakimovanın əvvəlki model fəaliyyəti və sosial şəbəkələrdə yayılan açıq-saçıq fotoları ilə bağlı idi. Ukrayna mediasında onun topless və nü üslubunda şəkilləri, həmçinin rus kokoşnikində görüntüsü geniş tənqid olunmuşdu.

Məsələ bununla da bitməyib. Nazirlik fəxri konsullar institutuna dair tələbləri sərtləşdirəcəyini, ölkə üzrə bütün fəxri konsulluqların fəaliyyətini yenidən nəzərdən keçirəcəyini və Kuba üzrə səfiri də Kiyevə geri çağırdığını açıqlayıb. La Romana şəhərində Ukraynanın fəxri konsulluq ofisi isə martın 21-də açılmışdı.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.