Müctəba Xameneinin viral videosu təsdiqlənməyib

 Sosial şəbəkələrdə Müctəba Xameneinin əməliyyat qərargahında göründüyü iddia olunan video yayılıb. Etibarlı mənbələr isə onun hələ də rəsmi ictimai çıxış etmədiyini göstərir.

32

Sosial şəbəkələrdə İranın ali rəhbəri Müctəba Xameneinin əməliyyat qərargahına daxil olduğunu və ekranda İsrailin Dimona nüvə obyektinə aid görüntülərə baxdığını iddia edən video yayılıb. Lakin görüntülərin həqiqiliyi hazırda müstəqil şəkildə təsdiqlənməyib və onun rəsmi ictimai çıxışı kimi qəbul olunması üçün yetərli əsas görünmür. 

Təsdiqlənmiş məlumatlara görə, Müctəba Xameneyi martın əvvəlində atasının ölümündən sonra İranın yeni ali rəhbəri elan edilib. “Associated Press“-in həmin dövrdə yaydığı məlumatlarda onun seçildiyi, lakin ilk açıqlamasını kameraya çıxmadan verdiyi, bəyanatın dövlət televiziyasında aparıcı tərəfindən oxunduğu bildirilib.

Reuters“-in martın 31-də, daha sonra isə aprelin 3-də yayımladığı materiallarda Müctəba Xameneyinin hələ də ictimaiyyət qarşısına çıxmadığını yazıb. Həmin xəbərlərdə onun İranda olduğu, ancaq təhlükəsizlik və müharibə şəraiti səbəbindən görünmədiyi qeyd olunub. Bu səbəbdən, aprelin 6-da yayılan videonun “ilk rəsmi görünüş” olması barədə iddialar ehtiyatla qarşılanır.

Videonun özünə gəlincə, bəzi media və açıq mənbə analitikləri kadrlardakı işıq, keçid və sima detalları səbəbindən onun süni intellektlə hazırlanmış ola biləcəyini vurğulayıblar. Bu fonda son yayılmış kadrlara da təsdiqlənmiş fakt kimi yox, yoxlanılmalı iddia kimi yanaşmaq daha düzgün görünür.

 

 

 

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.