Azərbaycan FIFA reytinqində yüksəldi

Azərbaycan millisi FIFA reytinqində 3 pillə irəliləyərək 124-cü yerə yüksəlib. Yenilənmiş siyahıda lider Fransa olub.

138

FIFA milli komandaların 2026-cı ilin aprel ayı üçün yenilənmiş reytinqini açıqlayıb.

Yenilənmiş siyahıya əsasən, Azərbaycan milli komandası üç pillə irəliləyərək 124-cü yerə yüksəlib. Komandanın aktivində hazırda 1136,67 xal var.

Son dövrdə millimiz “FIFA Series” çərçivəsində iki oyun keçirib. Azərbaycan yığması Sent Lüsiya yığması üzərində 6:1 hesablı qələbə qazanıb, Sierra Leone ilə isə 1:1 hesablı heç-heçədən sonra penaltilərdə 9:8 üstün olub.

Reytinqdə Azərbaycanın ən yaxın izləyicisi Surinam (1132,43 xal) olub. Komandamızdan bir pillə yuxarıda isə Farer Adaları  (1137,14 xal) qərarlaşıb.

UEFA Millətlər Liqasının “D” divizionunda Azərbaycanın rəqiblərindən Litva 148-ci, Lixtenşteyn isə 206-cı pillədə yer alıb.

Reytinqin ilk onluğunda isə aşağıdakı komandalar qərarlaşıb:

Fransa (1877,32)

İspaniya (1876,40)

Argentina (1874,81)

İngiltərə (1825,97)

Portuqaliya (1763,83)

Braziliya (1761,16)

Niderland (1757,87)

Mərakeş (1755,87)

Belçika (1734,71)

Almaniya (1730,37)

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930