“Qarabağ”ın iki futbolçusu milliyə çağırıldı

“Qarabağ”ın futbolçuları Marko Yankoviç Monteneqro, Mateus Koxalski isə Polşa millisindən dəvət alıb.

239

Ağdam təmsilçisi “Qarabağ” FK-nin futbolçuları Marko Yankoviç və Mateuş Koxalski milli komandalarından dəvət alıblar.

Klubun yaydığı məlumata görə, Yankoviç Monteneqro millisinə, Koxalski isə Polşa yığmasına çağırılıb. Monteneqro millisi martın 27-də Andorra, martın 31-də isə Sloveniya ilə yoldaşlıq oyunlarında üz-üzə gələcək. Polşa millisi isə martın 26-da öz meydanında Albaniya ilə 2026-cı il dünya çempionatının pley-off mərhələsi çərçivəsində qarşılaşacaq.

Bu dəvətlər “Qarabağ” futbolçularının beynəlxalq səviyyədə diqqət mərkəzində olduğunu bir daha göstərir.