Moone Rahimi kuzeninin müharibədə öldüyünü açıqladı

İranlı fenomen Moone Rahimi sosial media hesabında kuzeninin müharibədə öldüyünü açıqlayıb. O, paylaşımında İrandakı vəziyyətə də sərt reaksiya verib. 

253

İranın ali dini lideri Əli Xameneinin ölümü ilə bağlı paylaşdığı rəqs videosu ilə gündəmə gələn iranlı fenomen Moone Rahimi bu dəfə şəxsi itkisi ilə diqqət çəkib. O, sosial media hesabında etdiyi paylaşımda əmisi oğlunun müharibədə həyatını itirdiyini bildirib.

Xəbəri MSNews.azSözcü” nəşrinə istinadən verir.

Məqalədə bildirilir ki, Rahimi əmisi oğlu ilə birgə çəkilmiş fotosunu paylaşaraq, onu ötən həftə itirdiyini yazıb. O, paylaşımında əgər İslam rejimi olmasaydı, əmisi oğlunun sağ qala biləcəyini qeyd edib və bu sözləri göz yaşları ilə yazdığını vurğulayıb.

Moone Rahimi bununla yanaşı, İrandakı mövcud vəziyyəti də sərt tənqid edib. O, azadlığını, xoşbəxtliyini və gəncliyini itirdiyini, vətəninin dağıldığını və yaxınlarının öldürüldüyünü seyr etdiyini bildirib. Rahimi həmçinin ABŞ-a köçdükdən sonra da rahatlıq tapa bilmədiyini ifadə edib.

Hadisə sosial mediada geniş rezonans doğurub. Belə ki, daha əvvəl Xameneinin ölümü ilə bağlı paylaşdığı video ilə müzakirələrə səbəb olan fenomenin indi müharibədə yaxınını itirməsi onun ətrafındakı diqqəti yenidən artırıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti