Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş müdafiə naziri Mixailo Fedorova hökumətdə bir neçə yeni vəzifə təklif etdiyini açıqlayıb.
MSNews.az xəbər verir ki, Zelenski bu barədə İrlandiyanın Baş naziri Mixol Martinlə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında danışıb.
Ukrayna liderinin sözlərinə görə, Fedorova təqdim edilən son variant hərbi innovasiyalar üzrə baş nazirin müavini vəzifəsi olub:
“Mixailonun komandada olduğunu düşünürəm. Ona bir neçə vəzifə təklif etmişəm. Görüşlərimizin bütün təfərrüatlarına varmadan deyə bilərəm ki, sonuncu təklif Ukraynanın hərbi innovasiyalar üzrə baş nazirinin müavini vəzifəsidir”.
Zelenski bildirib ki, hərbi texnologiyalar sahəsində Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin baş komandanı, Baş Qərargah və prezident arasında gündəlik koordinasiya təmin edilməlidir.
Bu barədə “Ukrainska Pravda” məlumat yayıb.
Fedorov isə daha sonra müdafiə naziri postundan başqa hökumətdə heç bir vəzifəni qəbul etməyəcəyini bildirib. Onun fikrincə, müharibənin aparılmasına, hərbi strategiyaya və müdafiə sahəsindəki islahatlara real təsir göstərmək üçün təklif olunan yeni post kifayət qədər səlahiyyət verməyəcək.
Fedorovun müdafiə naziri vəzifəsindən uzaqlaşdırılması Ukraynada narazılıqlara və onun geri qaytarılması tələbi ilə aksiyalara səbəb olub. Zelenski isə danışıqların davam etdiyini və keçmiş nazirin öz komandasında qaldığını düşündüyünü qeyd edib.