Zelenski dünyanın 50 ən nüfuzlu yəhudisi siyahısına daxil oldu

“The Jerusalem Post” Ukrayna Prezidenti Volodimir Zelenskini 2026-cı ilin 50 ən nüfuzlu yəhudisi siyahısında 21-ci yerə layiq görüb. Reytinqə Cared Kuşner və İvanka Tramp başçılıq edir.

55

Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin “The Jerusalem Post” nəşrinin 2026-cı il üzrə hazırladığı “50 ən nüfuzlu yəhudi” siyahısında 21-ci yeri tutub. Nəşr onu “Ukrayna müqavimətinin yəhudi siması” kimi təqdim edib.

MSNews.az xəbər verir ki, “The Jerusalem Post” Zelenskinin 2022-ci ildən bəri Ukraynanın Rusiya ilə müharibədə müqavimətinin əsas beynəlxalq simalarından birinə çevrildiyini qeyd edib. Nəşr onun yəhudi mənşəyini siyasi fəaliyyətində xüsusi olaraq ön plana çıxarmadığını da vurğulayıb.

Məqalədə Zelenskinin 2019-cu ildə fransız filosof Bernar-Henri Levi ilə müsahibəsində yəhudi kimliyinə yumorla yanaşdığı xatırladılıb. O, yəhudi olmasının şəxsi xüsusiyyətləri arasında təxminən “20-ci yerdə” dayandığını demişdi. “The Times of Israel” də Zelenskinin həmin dövrdə dini və etnik kimliyini siyasi kampaniyasının əsas mövzusuna çevirmədiyini yazır.

“The Jerusalem Post” Zelenskinin ailə tarixinin Holokostla sıx bağlı olduğunu da qeyd edir. Ukrayna prezidentinin sözlərinə görə, atasının babası ailəsinin müharibədən sağ çıxan yeganə yaxın üzvü olub, digər qohumları isə nasist işğalı dövründə həlak olublar.

Nəşrin 2026-cı il reytinqində birinci yeri Cared Kuşner və İvanka Tramp, ikinci yeri isə İsrailin Baş naziri Benyamin Netanyahu tutub. İlk onluqda texnologiya sektorunun tanınmış simaları da yer alıb: Sem Altman və Mark Zukerberq 9-cu mövqeni birlikdə bölüşürlər.

Reytinq “The Jerusalem Post” redaksiyasının seçimi əsasında hazırlanır və rəsmi beynəlxalq göstərici deyil. Siyahıda siyasət, biznes, texnologiya, mədəniyyət və digər sahələrdə təsirli hesab edilən şəxslər yer alır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.