Vens “Mossad”ın planını Ərdoğana sızdırıb?

İsrail mediası ABŞ vitse-prezidenti Cey Di Vensin “Mossad”ın İrana qarşı kürd qruplarından istifadə planını Türkiyəyə sızdırmaqda ittiham olunduğunu yazıb. Vensin nümayəndəsi iddianı təkzib edib.

8

ABŞ vitse-prezidenti Cey Di Vensin İsrail kəşfiyyatının İrana qarşı planı barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ötürdüyü iddia olunur.

MSNews.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” İsrail kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, söhbət “Mossad”ın İran daxilində təzyiq yaratmaq üçün kürd qüvvələrindən istifadəni nəzərdə tutan planından gedir.

İsrail mənbələri iddia edirlər ki, plan barədə məlumat Ağ Evdəki bəzi şəxslər tərəfindən Türkiyə tərəfinə ötürülüb. Nəşrin məlumatına əsasən, həmin mənbələrin bir qismi ABŞ vitse-prezidenti Cey Di Vensi bu məlumat sızmasında günahlandırır. Vensin xüsusi köməkçisi və mətbuat katibi Lyuk Şröder isə iddianı rədd edərək xəbəri “qətiyyən yalan” adlandırıb.

Daily Sabah”ın məlumatına görə, İsrail mediasında yayılan iddialarda planın İran müxalifəti və İraqdakı kürd qruplarının silahlandırılmasını nəzərdə tutduğu bildirilir. İddiaya əsasən, Türkiyə tərəfi məlumatı əldə etdikdən sonra Ərdoğan məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə edib və planın həyata keçirilməsinə qarşı çıxıb.

Ynet” yazır ki, “Mossad”ın planı çərçivəsində kürd qruplarına HƏMAS və “Hizbullah”dan ələ keçirilmiş silahların verilməsi nəzərdə tutulub. Nəşrin məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də planla bağlı prosesdə iştirak edib, lakin Tramp sonradan Türkiyənin təzyiqindən sonra layihəni dayandırıb.

İsrail mediasının iddiasına əsasən, plan həyata keçirilsəydi, İsrail kürd qüvvələri üçün hava dəstəyi və uçuşa qadağan zona təmin etməli idi. Türkiyə isə sərhədlərinə yaxın ərazilərdə kürd silahlı qruplarının güclənməsini öz təhlükəsizlik maraqları baxımından qəbuledilməz sayır.

Bununla belə, iddialar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib. “Iran International”ın məlumatına görə, bir neçə İran kürd müxalifət partiyası İsrail və ya ABŞ-dən silah aldıqları barədə xəbərləri təkzib edib. Onlar bu iddiaların doğru olmadığını bildiriblər.

Hazırda nə ABŞ administrasiyası, nə də İsrail hökuməti planın detalları və iddia olunan məlumat sızması barədə rəsmi təsdiqləyici açıqlama verib. Buna görə də məsələ İsrail mediasında yayılan iddia və qarşı tərəfin təkzibi kimi qiymətləndirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.