Ukrayna Mahaçqala limanına dron zərbəsi endirdiyini açıqladı

Ukrayna qüvvələri Rusiyanın Dağıstan Respublikasındakı Mahaçqala dəniz limanını dronlarla vurduğunu bildirib. Rusiya tərəfinə görə, liman infrastrukturu və Avar Teatrında yanğın baş verib, ölən və yaralanan olmayıb.

50

Ukrayna sentyabrın 10-na keçən gecə Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqaladakı strateji dəniz limanına pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini açıqlayıb. Rusiya tərəfinin məlumatına görə, hücum zamanı liman infrastrukturu və Avar Musiqili Dram Teatrında yanğın baş verib, ölən və yaralanan olmayıb.

MSNews.az xəbər verir ki, Dağıstan rəhbəri vəzifəsini icra edən Fyodor Şukin hava hücumundan müdafiə qüvvələrinin dron hücumunu dəf etdiyini və bütün hava hədəflərinin məhv edildiyini bildirib. Onun sözlərinə görə, PUA qalıqlarının düşməsi nəticəsində Mahaçqala limanının infrastrukturunda və Qamzat Tsadasa adına Avar Musiqili Dram Teatrında yanğın yaranıb. Yanğınların operativ şəkildə söndürüldüyü açıqlanıb.

Bu barədə “RİA Dağıstan”“Interfax” məlumat yayıb.

Teatrın direktoru Maqomed Bisavaliyev isə dronun binanın damına düşdüyünü, partlayış nəticəsində pəncərələrin sındığını və yanğın başladığını bildirib. “Meduza” bu məlumatı teatr rəhbərinə və Dağıstan hakimiyyətinə istinadən yayıb.

Ukrayna tərəfi hücuma görə məsuliyyəti üzərinə götürüb. Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Mahaçqala Dəniz Ticarət Limanının neft infrastrukturu obyektlərinin vurulduğunu açıqlayıb. Qurum zərbənin limanın Xəzər dənizi üzərindən enerji resurslarının daşınması və yenidən yüklənməsindəki imkanlarına təsir etdiyini bildirib. Bu barədə “Interfax-Ukrayna” məlumat yayıb.

Rusiya və Ukrayna tərəflərinin zərbənin nəticələri ilə bağlı açıqlamaları müəyyən qədər fərqlənir. Dağıstan hakimiyyəti yanğının vurulan dronların qalıqlarının düşməsi nəticəsində baş verdiyini bildirir, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri isə limanın neft infrastrukturunun birbaşa vurulduğunu bəyan edir. Zərərin dəqiq miqyası müstəqil şəkildə təsdiqlənməyib.

Mahaçqala Dəniz Ticarət Limanı Rusiyanın Xəzər dənizindəki strateji logistika obyektlərindən biridir. Limanın rəsmi saytında o, Rusiyanın Xəzərdəki yeganə donmayan və dərin sulu limanı kimi göstərilir. Burada naviqasiya ilboyu həyata keçirilir və liman Mərkəzi Asiya, İran və Cənubi Qafqazla nəqliyyat əlaqələrində mühüm rol oynayır.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, limanın neftin aşırılması üzrə illik gücü 7,9 milyon ton təşkil edir. Daha yeni “Interfax” məlumatında da açıq və tünd neft məhsullarının aşırılması üzrə 7,9 milyon tonluq güc göstərilir. Liman həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas qovşaqlarından biridir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.