Suriyada ABŞ hərbçilərinə atəş açıldı – 2 hərbçi və 1 mülki tərcüməçi öldürüldü

Suriyanın Humus vilayətində ABŞ hərbçilərinə atəş açıldı, 2 hərbçi və 1 mülki tərcüməçi öldürüldü, bir neçə yaralı var. Hücum sonrası savaş təyyarələri havalandı.

130

Suriyanın orta hissəsində yerləşən Humus vilayətinin Tedmur rayonunda asayiş məqsədilə patrul xidməti aparan Suriya ordusu və ABŞ hərbçiləri silahlı hücuma məruz qalıb. Yerli mənbələrin verdiyi məlumata görə, kəşfiyyat fəaliyyəti zamanı kimliyi məlum olmayan şəxslər tərəfindən atəş açılıb. ABŞ Müharibə nazirinin köməkçisi Şon Parnell xəbər verir ki, hücum nəticəsində 2 ABŞ hərbçisi və 1 nəfər mülki tərcüməçi həyatını itirib, 3 nəfər isə yaralanıb.

Hadisənin ardından bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Mənbələr bildirir ki, İŞİD üzvləri tərəfindən həyata keçirildiyi iddia edilən hücumdan sonra koalisiyaya aid hərbi helikopter və savaş təyyarələri Tedmur səmasında intensiv sortilər həyata keçirib.

Açılan atəş nəticəsində 2 nəfər Suriya təhlükəsizlik işçisi və bir neçə ABŞ əsgəri yaralanıb, hücum edən şəxs isə hadisə yerində öldürülüb. Yaralı hərbçilərin Deyrizor–Şam beynəlxalq yolunun müvəqqəti bağlanması ilə Suriyanın cənubundakı Tenef ABŞ hərbi bazasına təxliyə edildiyi bildirilib.

Bundan əlavə, Suriyanın cənubunda, Süveyde vilayətində qeyri-qanuni qrupların Suriya ordusunun mövqelərinə dron hücumu təşkil etdiyi bildirilib. SANA xəbər agentliyi, hücumun Hikmət əl Hecriyə bağlı qruplar tərəfindən həyata keçirildiyini ehtimal edir. Xatırladaq ki, bir gün öncə Suriya Daxili İşlər Nazirliyinə bağlı təhlükəsizlik qüvvələrinin nəqliyyat vasitəsinə də dron hücumu edilmişdi.

Bölgədəki vəziyyət gərgin olaraq qalır və təhlükəsizlik qüvvələrinin hərəkətləri müşahidə altında saxlanılır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930