Slavko Vinçiç karyerasını başa vurdu

46 yaşlı sloveniyalı hakim Slavko Vinçiç 2026-cı il dünya çempionatının İspaniya–Argentina finalından bir həftə sonra hakimlik karyerasını başa vurduğunu açıqlayıb.

77

Sloveniyalı futbol hakimi Slavko Vinçiç 46 yaşında hakimlik karyerasını başa vurub.

MSNews.az xəbər verir ki, Sloveniya Futbol Federasiyası Vinçiçin 2026-cı il dünya çempionatının finalından bir həftə sonra peşəkar hakimlik fəaliyyətinə son qoyduğunu açıqlayıb. Qurum onun karyerasını futbol dünyasının ən yüksək səviyyəsində tamamladığını bildirib.

Vinçiç iyulun 19-da Nyu-York-Nyu-Cersi stadionunda keçirilən İspaniya–Argentina finalının baş hakimi olub. Bununla da o, dünya çempionatının finalını idarə edən ilk sloveniyalı və turnirin tarixində bu vəzifəni yerinə yetirən 23-cü hakim kimi tarixə düşüb.

Sloveniyanın “24ur.com” nəşri yazır ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası Vinçiçi 2026-cı il mundialının ən yaxşı hakimi seçib. O, turnirdəki fəaliyyətinə görə İtaliyada təqdim olunan Culio Kampanati mükafatına da layiq görülüb.

Slavko Vinçiç 2010-cu ildən FIFA-nın beynəlxalq hakimlər siyahısında yer alıb. O, 2022-ci ildə “Ayntraxt Frankfurt”–“Qlazqo Reyncers” Avropa Liqası finalını, 2024-cü ildə isə “Borussiya Dortmund”–“Real Madrid” Çempionlar Liqası finalını idarə edib. Sloveniyalı hakim Avro-2024-də Fransa ilə İspaniya arasındakı yarımfinal qarşılaşmasına da təyinat almışdı.

“Delo” Vinçiçin beynəlxalq və klub səviyyəsində 500-dən çox oyunda çalışdığını və Sloveniya futbol tarixinin ən uğurlu hakimlərindən biri kimi karyerasını tamamladığını yazıb. Onun hakimlikdən ayrılmasının konkret səbəbi açıqlanmayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.