Seneqal millisinin baş məşqçisinin namaz cavabı gündəm oldu

Seneqal millisinin baş məşqçisi Pape Thiavın ABŞ-da keçirilən mətbuat konfransında cümə namazı ilə bağlı suala verdiyi iddia edilən cavab sosial şəbəkələrdə geniş müzakirə olunur.

10

Seneqal millisinin baş məşqçisi Pape Thiavın cümə namazı ilə bağlı suala verdiyi iddia edilən cavab sosial şəbəkələrdə geniş rezonans doğurub.

MSNews.az xəbər verir ki, “X” platformasında yayılan paylaşım və bir sıra sosial media hesablarına görə, hadisə ABŞ-da keçirilən mətbuat konfransında baş verib.

İddia olunur ki, jurnalistlərdən biri Pape Thiava güclü külək və təhlükəsizlik xidmətlərinin qapalı məkanda qalmaq tövsiyəsinə baxmayaraq, Seneqal nümayəndə heyətinin üzvlərinin niyə cümə namazına getdiyini soruşub.

Sosial şəbəkələrdə yayılan sitata əsasən, Thiav cavabında namazın onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, futbolun əyləncə olduğunu, lakin ibadətin komandanın inanclarında daha önəmli yer tutduğunu vurğulayıb.

Paylaşımlarda məşqçinin “siz küləkdən qorxursunuz, biz isə küləyi yaradan Allahdan qorxuruq” ifadəsini işlətdiyi iddia edilir. Bu sözlər qısa müddətdə müxtəlif dillərdə yayılan paylaşımların əsas mövzusuna çevrilib.

Bununla belə, qeyd etmək lazımdır ki, hazırda bu açıqlamanın tam video görüntüsü və ya rəsmi transkripti FIFA, Seneqal Futbol Federasiyası və ya aparıcı beynəlxalq media tərəfindən təsdiqlənməyib. Bu səbəbdən məlumat sosial şəbəkələrdə yayılan iddia kimi qiymətləndirilir.

Seneqal millisi FIFA Dünya Kubokunda ilk oyununu iyunun 16-da Fransaya qarşı keçirəcək. Qarşılaşmanın “New York/New Jersey Stadium”-da baş tutacağını bildirir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti