Rusiyada qeymerləri PUA qoşunlarına cəlb edirlər

Rusiyada tələbələr və kompüter oyunlarında təcrübəsi olan gənclər PUA qoşunlarında müqaviləli xidmətə cəlb olunur. Rəsmilər geymerlərin bacarıqlarının dron operatorluğu üçün faydalı olduğunu bildirirlər.

53

Rusiyada kompüter oyunlarında təcrübəsi olan gənclərin və tələbələrin pilotsuz uçuş aparatları bölmələrində müqaviləli hərbi xidmətə cəlb edilməsi istiqamətində kampaniya aparılır. Rusiya rəsmiləri geymerlərin sürətli qərarvermə və koordinasiya bacarıqlarının dron operatorluğu üçün faydalı ola biləcəyini bildirirlər.

MSNews.az xəbər verir ki, Yekaterinburqda hərbi xidmət üzrə müqaviləli seçim məntəqəsinin rəhbəri Dmitri Demenkov yeni tədris ilinin başlanması ilə tələbələr arasında təşviqatın yenidən gücləndiriləcəyini açıqlayıb.

“OTV-Yekaterinburq” telekanalına danışan Demenkov PUA operatorlarının əsasən gənclərdən seçildiyini və kompüter oyunlarında formalaşan bəzi bacarıqların onların hazırlığında üstünlük verdiyini bildirib.

Onun sözlərinə görə, şuter və simulyatorlarda yüzlərlə saat keçirən şəxslərdə sürətli reaksiya, koordinasiya və qısa müddətdə qərar qəbul etmək qabiliyyəti daha yaxşı inkişaf edə bilər. Bu səbəbdən tələbələr və geymerlər pilotsuz sistemlər bölmələri üçün potensial namizədlər sırasında nəzərdən keçirilir.

“66.ru” daha əvvəl yazmışdı ki, Sverdlovsk vilayətində universitet, texnikum və kollec tələbələri arasında PUA qoşunlarında xidmətlə bağlı ayrıca təşviqat aparılır. Aprel ayına olan məlumata görə, 2025-ci ilin noyabrından etibarən regiondan azı 21 tələbə bu istiqamətdə Müdafiə Nazirliyi ilə müqavilə bağlamışdı.

Rusiya Müdafiə Nazirliyinin məlumatlarında da qeymərlər, kibersportçular, İT mütəxəssisləri və dronlarla təcrübəsi olan şəxslərin pilotsuz sistemlər qoşunları üçün uyğun namizədlər sırasında olduğu göstərilir. Nazirlik bu bölmələrdə xidmətin müqavilə əsasında həyata keçirildiyini və hərbçinin razılığı olmadan başqa qoşun növünə keçirilməməsinin nəzərdə tutulduğunu bildirir.

Rusiyada pilotsuz sistemlər qoşunlarının komplektləşdirilməsi son aylarda sürətləndirilib. “Interfax” iyulda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə istinadən yeni qoşun növünə təxminən 40 min nəfərin qəbul edildiyini yazıb. Baş Qərargah isə 2026-cı ildə 70 mindən çox PUA mütəxəssisinin hazırlanmasını planlaşdırdığını açıqlayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.