“Flydubai” insidentində yeni detallar: Pilot İsraildə hədəfə zərbə planlaşdırıb

“Flydubai” reysində kapitana hücum edən omanlı ikinci pilot Həmam əl-Həmmaminin əvvəllər ekstremist baxışlarla bağlı şübhələrə görə uçuşlardan uzaqlaşdırıldığı bildirilir. İstintaq onun İsraildəki hədəfə hücum planlaşdırıb-planlaşdırmadığını araşdırır.

62

“Flydubai” şirkətinin İsrailə uçan FZ1073 reysində kapitana balta ilə hücum edərək təyyarəni ələ keçirməyə cəhd göstərən omanlı ikinci pilot Həmam əl-Həmmaminin keçmişi ilə bağlı yeni detallar üzə çıxıb. Araşdırmalara görə, o, əvvəllər ekstremist baxışları ilə bağlı narahatlıqlar səbəbindən Oman Air-də uçuşlardan kənarlaşdırılıb.

MSNews.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Baş Prokurorluğu sentyabrın 30-da baş verən hadisəni “terror aktına cəhd” kimi qiymətləndirib. İstintaqın versiyasına görə, 29 yaşlı Həmam əl-Həmmami təyyarənin kapitanına fövqəladə hallarda istifadə edilən balta ilə hücum edərək idarəetməni ələ keçirməyə çalışıb. Təyyarədə 182 nəfər olub.

ABŞ və İsrail rəsmilərinə istinadən yayılan məlumatlarda əl-Həmmaminin təyyarəni İsraildəki obyektlərdən birinə çırpmaq niyyətində olduğu bildirilir. “Reuters”in İsrail rəsmilərinə istinadən yaydığı son məlumata görə, istintaqçılar onun Ben-Qurion hava limanına hücum planını “Flydubai”da işə başlamazdan əvvəl də nəzərdən keçirmiş ola biləcəyini araşdırırlar. Bununla belə, BƏƏ hakimiyyəti hələ ona qarşı yekun ittiham aktını açıqlamayıb.

Əl-Həmmaminin əvvəlki fəaliyyəti də araşdırmanın diqqət mərkəzindədir. “The Wall Street Journal” yazır ki, “Oman Air” onu radikal baxışlarla bağlı narahatlıqlardan sonra uçuşlardan kənarlaşdırıb və sonradan reabilitasiya proqramına yönləndirib. Buna baxmayaraq, həmin məlumatların beynəlxalq təhlükəsizlik sistemlərində lazımi şəkildə paylaşılmadığı bildirilir.

“ABC News”a danışan ABŞ təhlükəsizlik və hüquq-mühafizə rəsmiləri də onun 2024-cü ildə “Oman Air”-də ikinci pilot kimi təlim keçdiyi vaxt ekstremist materiallara sahib olduğunun müəyyən edildiyini bildiriblər. Daha sonra o, “Oman Air”-dən ayrılıb və “Flydubai”da işə başlayıb.

CNN isə əl-Həmmaminin sosial media hesablarında diqqətçəkən paylaşımlar aşkarlayıb. Hadisədən təxminən doqquz saat sonra onun “LinkedIn” və “Instagram” hesablarında İsrailin “El Al” aviaşirkətinə məxsus təyyarələrin görüntüləri, “Əl-Qaidə”nin keçmiş lideri Ayman əz-Zəvahirinin və 2009-cu ildə MKİ bazasına hücum etmiş kamikadzenin şəkilləri yayımlanıb. İkinci videoda isə Məkkə, Mədinə və Qüds təsvirləri yer alıb.

Paylaşımların diqqətçəkən tərəfi odur ki, onlar əl-Həmmami artıq saxlanıldıqdan sonra yayımlanıb. CNN onların əvvəlcədən planlaşdırıldığını, yoxsa başqa şəxs tərəfindən yerləşdirildiyini müəyyən edə bilmədiyini bildirib. Hesablar daha sonra silinib.

İstintaqın hazırkı mərhələsində əl-Həmmaminin İran və ya hər hansı terror təşkilatından göstəriş aldığına dair ictimaiyyətə təqdim edilmiş sübut yoxdur. CNN-ə danışan İsrail mənbələri ilkin məlumatların onun təkbaşına hərəkət etmiş ola biləcəyini göstərdiyini bildiriblər.

Hadisə eyni zamanda ciddi aviasiya təhlükəsizliyi mübahisəsinə səbəb olub. “The Washington Post” yazır ki, İsrail hökuməti xarici aviaşirkətlərin ölkəyə uçuşlarında ekipajların yoxlanılması prosedurlarının yenidən nəzərdən keçirilməsinə göstəriş verib. BƏƏ-nin isə reysdən əvvəl ekipaj üzvlərinin adlarını və vətəndaşlıqlarını İsrail tərəfinə təqdim etdiyi bildirilir.

Sosial şəbəkələrdə hadisə daha geniş siyasi və dini polemikaya da çevrilib. Ayrı-ayrı sağçı və İsrailyönümlü fəallar insidenti İslam, Oman və ölkənin İsraillə münasibətlərinin olmaması ilə əlaqələndirən paylaşmalar ediblər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.