Prezident İlham Əliyev BƏƏ-də səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev BƏƏ-də Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb və “Gələcəyin oyunları 2025” qlobal idman turnirinin açılış mərasimində iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. Dekabrın 17-də Əbu-Dabidə dövlət başçıları arasında yüksək səviyyəli görüş keçirilib.

Görüş çərçivəsində Prezident İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər. Hər iki lider tədbirin idman və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıblar.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.