Polşada Ukraynaya qoşun göndərilməsinə hazırlıq başlayır

Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi “İstəklilər koalisiyası” noyabrın 9–22-də Polşada ilk genişmiqyaslı hərbi təlimini keçirəcək. Təxminən 2800 hərbçinin qatılacağı təlimlərdə Ukraynaya mümkün qoşun yerləşdirilməsi sınaqdan keçiriləcək.

54

Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi “İstəklilər koalisiyası” Ukraynada mümkün atəşkəsdən sonra beynəlxalq hərbi qüvvələrin yerləşdirilməsinə hazırlıq məqsədilə Polşada ilk genişmiqyaslı təlimlərini keçirəcək. Təlimlərdə təxminən 2800 hərbçinin iştirakı nəzərdə tutulur. ABŞ isə manevrlərə qatılmayacaq.

MSNews.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, “Koalicja” adlı təlimlər noyabrın 9-da Polşanın cənub-şərqində yerləşən Nova Demba hərbi poliqonunda başlayacaq və noyabrın 22-dək davam edəcək.

Təlimlərin əsas məqsədi 36 ölkəni birləşdirən koalisiyanın Rusiya ilə Ukrayna arasında mümkün atəşkəsdən sonra beynəlxalq qüvvələri Ukraynaya yerləşdirmək imkanlarını yoxlamaqdır.

Manevrlərdə Fransa, Böyük Britaniya, Almaniya, Polşa, Estoniya, Litva, Niderland, İspaniya, İsveç və Belçikadan olan hərbçilər iştirak edəcəklər. Ukrayna hərbçilərinin də təlim prosesinə cəlb olunması planlaşdırılır.

Böyük Britaniya Müdafiə Nazirliyinin noyabrın 3-də yaydığı rəsmi açıqlamaya əsasən, təlimlərə 300 britaniyalı hərbçi, həmçinin “Typhoon” qırıcıları və “Voyager” yanacaqdoldurma təyyarəsi cəlb ediləcək. Fransa isə təxminən 1100 hərbçi ilə iştirak edəcək.

Təlimlərdə əsas diqqət qoşunların idarə edilməsinə, logistika imkanlarına, rabitə sistemlərinin uyğunlaşdırılmasına və pilotsuz uçuş aparatlarına qarşı müdafiəyə yönəldiləcək.

“Le Monde” qeyd edir ki, məqsəd tank və raketlərlə güc nümayişi keçirmək deyil, müxtəlif ölkələrin hərbi qüvvələrinin vahid komandanlıq altında nə dərəcədə səmərəli fəaliyyət göstərə biləcəyini müəyyənləşdirməkdir.

ABŞ təlimlərdə iştirak etməyəcək. Vaşinqtonun Ukraynaya mümkün atəşkəsdən sonra veriləcək təhlükəsizlik təminatlarında hansı rolu oynayacağı da hələlik müəyyənləşməyib.

NATO təlimlər barədə məlumatlandırılsa da, təşkilat onlarda birbaşa iştirak etməyəcək.

Koalisiyanın əsas hədəfi mümkün atəşkəsdən sonra Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və Rusiyanın yenidən hərbi əməliyyatlara başlamasının qarşısını almağa yönəlmiş çəkindirici qüvvə formalaşdırmaqdır.

Qeyd edək ki, təlimlərin keçirilməsi Ukraynaya xarici qoşun göndərilməsi barədə yekun qərarın qəbul edilməsi demək deyil. Belə bir addımın mümkünlüyü gələcək atəşkəs razılaşmasından və iştirakçı ölkələrin siyasi qərarlarından asılı olacaq.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.