Prezident İlham Əliyev 20 Yanvar şəhidlərini yad edib

Prezident İlham Əliyev yanvarın 18-də Şəhidlər xiyabanında 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini ehtiramla yad edib.

298

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Şəhidlər xiyabanını ziyarət edərək 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsini yad edib.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsi kimi tarixə düşüb. Bu faciəyə siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib, 20 Yanvar Ümumxalq Hüzn Günü elan olunub.

Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası 20 Yanvar şəhidlərinin qanının yerdə qalmadığını sübut edir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.