Polşada böhran dərinləşir: “Tusk məsuliyyətə cəlb olunsun!”

Polşa Prezidenti Karol Navrotskinin aparat rəhbəri Pavel Şefernaker Baş nazir Donald Tusku dövlət böhranı yaratmaqda ittiham edib. O, Tuskun siyasi və hüquqi məsuliyyət daşımasını tələb edib.

56

Polşa Prezidenti Karol Navrotskinin aparat rəhbəri Pavel Şefernaker Baş nazir Donald Tusku ölkədə dövlət böhranı yaratmaqda və milli təhlükəsizliyi riskə atmaqda ittiham edib. O, hökumət başçısının siyasi və hüquqi məsuliyyətə cəlb olunmasını tələb edib.

MSNews.az xəbər verir ki, Şefernaker bu barədə oktyabrın 31-də X sosial şəbəkəsində açıqlama yayıb. Polşanın “RMF24” nəşrinin məlumatına görə, prezident administrasiyasının rəsmisi Varşavada Konstitusiya Tribunalı ətrafında yaranmış gərginliyə görə Tusku günahlandırıb.

Şefernaker bildirib ki, Bütün Müqəddəslər Günü ərəfəsində minlərlə polis əməkdaşının paytaxta cəlb edilməsi ölkənin digər bölgələrində təhlükəsizliklə bağlı risklər yaradır.

“Daha çox hakimiyyəti öz əlində cəmləşdirmək üçün Tusk dövlət böhranı yaradır və Polşanı bütün dünyanın gözü qarşısında qeyri-sabit ölkə kimi göstərir”, – deyə o bildirib.

Prezidentin aparat rəhbəri Polşanın siyasi böhrana baxmayaraq güclü dövlət olaraq qalacağını vurğulayıb.

“Polşa ciddi dövlət olub və belə də qalacaq. O, heç vaxt banan respublikasına çevrilməyəcək. Donald Tusk ən qısa zamanda siyasi və hüquqi məsuliyyət daşımalıdır”, – Şefernaker qeyd edib.

Polşanın “Rzeczpospolita” və “wPolityce” nəşrlərinin məlumatına görə, qarşıdurma Konstitusiya Tribunalının rəhbərliyi ətrafında yaranmış hüquqi mübahisələrlə əlaqədardır. Tribunalın sədri Boqdan Şvençkovski və müavini Bartlomey Soxanskinin səlahiyyətlərinin müvəqqəti dayandırılması barədə qərar müxalifətin etirazına səbəb olub.

Baş nazir Donald Tusk isə hökumətin addımlarını ölkədə hüququn aliliyinin bərpası ilə əsaslandırıb. Onun sözlərinə görə, əvvəlki hakimiyyət dövründə yaranmış qanun pozuntularının aradan qaldırılması çətin, lakin zəruri prosesdir.

Hazırda Polşada Konstitusiya Tribunalı ətrafındakı siyasi qarşıdurma davam edir. Şefernakernin Tuska ünvanladığı ittihamlar isə müxalif mövqeyi əks etdirir və hüquqi qaydada sübuta yetirilmiş faktlar deyil.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.