Papa XIV Leo Florentino Peres ilə görüşdü

Papa XIV Leo “Santiago Bernabeu” stadionunda Madrid yeparxiya icması ilə görüş keçirib. Florentino Peres pontifikə “Real Madrid” forması və stadionun maketini hədiyyə edib.

23

Papa XIV Leo “Santiago Bernabeu” stadionunda “Real Madrid” prezidenti Florentino Pereslə görüşüb.

MSNews.az xəbər verir ki, “Real Madrid”in rəsmi məlumatına görə, Florentino Peres pontifiki “Bernabeu”da qarşılayıb. Görüş Papa XIV Leonun İspaniyaya səfəri çərçivəsində Madrid yeparxiya icması ilə keçirdiyi tədbir zamanı baş tutub.

Klub prezidenti Papa XIV Leoya “Real Madrid”in fərdi formasını hədiyyə edib. Formanın üzərində pontifikin Papa seçilməzdən əvvəlki adı — “Robert F. Prevost” və 1 nömrəsi yer alıb. Peres həmçinin Papaya “Santiago Bernabeu” stadionunun miniatür maketini təqdim edib.

AS”ın məlumatına görə, Papa XIV Leo da Florentino Peresə xatirə medalı verib. Görüş İspaniya səfəri zamanı pontifikin futbol və Madrid klubu ilə bağlı açıqlamalarından sonra daha çox diqqət çəkib.

Papa XIV Leo daha əvvəl Romadan Madridə uçuş zamanı jurnalistin “Real Madrid, yoxsa Barselona?” sualına zarafatla cavab vermişdi. “Zenit”in məlumatına görə, pontifik “Papa bütün komandalar üçündür, amma Robert Prevost ‘Real Madrid’i dəstəkləyir” deyib.

“Real Madrid”in məlumatına görə, “Santiago Bernabeu” Papa XIV Leonun Madrid yeparxiya icması ilə görüşünə ev sahibliyi edib. Klub bu hadisəni tarixi an kimi təqdim edib və qeyd edib ki, bu, “Bernabeu”da pontifikin iştirakı ilə keçirilən ikinci belə tədbirdir. İlk dəfə 1982-ci ildə Papa II İohann Pavel stadionda tədbirə qatılmışdı.

Papa XIV Leonun “Real Madrid”ə simpatiyasını bildirməsindən sonra klub xüsusi buraxılış formasını da satışa çıxarıb. “Cadena SER” yazır ki, “León XIV” adı ilə təqdim olunan məhdud sayda forma klubun rəsmi mağazasında 195 avroya satışa çıxarılıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti