Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın həyata keçirdiyi xüsusi əməliyyatdan sonra Nyu Yorkda yerləşən federal məhkəməyə gətirilir. Maduro bu gün yerli vaxtla 12:00-da hakim qarşısına çıxacaq. Onun məhkəməyə çıxarılması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və proses dünya mediası tərəfindən yaxından izlənilir.
Məlumata görə, Nikolas Maduro ciddi təhlükəsizlik tədbirləri altında federal məhkəməyə aparılıb. ABŞ tərəfi Venesuela liderinə qarşı bir sıra ağır ittihamlar irəli sürüb. İttihamlar arasında narko-terrorizmlə əlaqələr, beynəlxalq narkotik ticarətində iştirak və ABŞ ərazisinə kokain daşınmasına dəstək vermək kimi maddələr yer alır.
Maduro ilə yanaşı, onun həyat yoldaşı Silia Floresin də məhkəmə prosesində adı çəkilir. Hər iki şəxs ABŞ məhkəməsində ifadə verməli olacaq. Prosesin gedişatı ABŞ–Venesuela münasibətlərində yeni və daha gərgin mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Analitiklər bildirirlər ki, bu məhkəmə işi təkcə hüquqi deyil, eyni zamanda siyasi nəticələrə də səbəb ola bilər. Hadisə Latın Amerikası və qlobal siyasət baxımından mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir.
Məhkəmə prosesinin Bakı vaxtı ilə 21:00-da başladı.
İclas təxminən yarım saat davam edib və Maduro bütün müddət ərzində qeyd dəftərinə yazılar aparıb. Hakim Alvin Hellerşteyn iclasın əvvəlində Madurodan şəxsiyyətini təsdiq etməsini xahiş edib. O, ispan dilində cavab verərək, Venesuela Prezidenti olduğunu və evində tutulduğunu bildirib. Hakim isə hüquqi məsələlər barədə danışmağın hələ vaxtı olmadığını qeyd edib.
Maduro məhkəmədə “cinayətkar deyiləm, tamamilə günahsızam” deyərək, ittihamları rədd edib. O, ittihamları görsə də tam oxumadığını və yalnız qismən vəkilinə danışdığını bildirib. Həyat yoldaşı Cilia Flores də məhkəmədə iştirak edərək tərcüməçi vasitəsilə “tamamilə günahsızam” deyib və vəkil tərəfindən təmsil olunduğunu təsdiqləyib.
Maduro və həyat yoldaşı özlərinin Venesuela konsulluğuna xəbər vermək hüququna malik olduqlarını bildiriblər və konsulluq nümayəndəsinin ziyarətini qəbul etmək istədiklərini söyləyiblər. İclas zamanı Maduro qeyd dəftərində yazı aparmağa davam edib və hakim ona bu hüququn verildiyini təsdiqləyib. Həyat yoldaşı Flores isə ciddi bədən xəsarətləri, xüsusilə qabırğa nahiyəsində şiddətli əzilmiş izlər alıb, vəkili onun rentgen müayinəsi və tibbi yoxlanışının təmin edilməsini tələb edib.
İclas zamanı Maduro portoğalı ayaqqabı, bej şalvar və portoğalı köynək, üzərində isə qara köynək geyinmişdi. O, tərcüməçini dinləmək üçün qulaqcıq taxıb. Hakim iclasın ədalətli və şəffaf aparılmasını təmin edəcəyini vurğulayıb və ittihamları xülasə edib.
Növbəti iclas 17 mart 2026-cı il tarixində keçiriləcək.