ABŞ Karib hövzəsinə 16 dəfə C-17 hərbi təyyarəsi göndərib

"New York Times" yazır ki, ABŞ Venesuela ilə artan gərginlik fonunda hərbi birlik və texnika daşımaq üçün C-17 təyyarələrini ən azı 16 dəfə Karib hövzəsinə göndərib.

ABŞ ilə Venesuela arasında siyasi gərginlik davam etdiyi bir vaxtda, Vaşinqton administrasiyasının hərbi birlik və texnikanın daşınması üçün istifadə olunan C-17 ağır yük təyyarələrini Karib hövzəsinə ən azı 16 dəfə göndərdiyi iddia olunur.

“New York Times” (NYT) tərəfindən təhlil edilən uçuş məlumatlarına əsasən, ABŞ-ın Venesuelaya qarşı hərbi təzyiqi son günlər daha da artıb. Məlumata görə, ötən həftə ərzində ABŞ-ın müxtəlif hərbi bazalarından Puerto Rikoya ən azı 16 C-17 uçuşu həyata keçirilib.

Bildirilir ki, bu təyyarələr əsasən hərbi personal və texnika daşınması üçün istifadə olunur. Uçuşların Nyu-Meksiko, İllinoys, Vermont, Florida, Arizona, Yuta, Vaşinqton ştatları, eləcə də Yaponiyadakı ABŞ hərbi bazalarından Puerto Rikoya həyata keçirildiyi qeyd olunur. Lakin bu reyslərdə neçə hərbçinin daşındığı və hansı texnikanın mövcud olduğu hələlik məlum deyil.

Hava hərəkətinə nəzarət sistemlərinə əsasən, bəzi hərbi uçuşların ictimai uçuş izləmə platformalarında görünmədiyi, bu səbəbdən real uçuş sayının açıqlanan rəqəmlərdən daha çox ola biləcəyi istisna edilmir.

Digər tərəfdən, “Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, adının açıqlanmasını istəməyən ABŞ rəsmisi xüsusi təyinatlı qüvvələr tərəfindən istifadə olunan ən azı 10 CV-22 tipli təyyarənin bazar ertəsi gecə Nyu-Meksikodakı Kannon Hərbi Hava Qüvvələri bazasından bölgəyə doğru havaya qalxdığını bildirib.

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentliyi dövründə Venesuelaya qarşı sərt siyasət yürüdür, Venesuela hakimiyyətini və ölkədəki bəzi qrupları “terrorçu” kimi xarakterizə edir.

ABŞ administrasiyası Venesueladan çıxan bəzi neft tankerlərini müsadirə edib və bu müdaxilələri əsasən “narkotik daşınması” iddiaları ilə əsaslandırıb. Sonuncu belə hadisə 16 dekabr tarixində baş verib. Tramp həmin vaxt “narkotik terrorizmini maliyyələşdirmək” ittihamı ilə Venesuelaya daxil olan və ya ölkədən çıxan sanksiya altındakı bütün neft tankerinə qarşı tam və hərtərəfli blokada tətbiq edilməsi barədə göstəriş verib.

Venesuela Prezidenti Nikolas Maduro isə dünən verdiyi açıqlamada, “Düşünürəm ki, Prezident Tramp öz ölkəsindəki problemlərlə məşğul olmalıdır. İqtisadi və sosial məsələlərə diqqət yetirsə, dünya ilə münasibətləri də daha yaxşı olar. Hər bir prezident öz işi ilə məşğul olmalıdır”, — deyə bildirib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.