Niderlandın Baş naziri “ata” olacağını açıqladı

Niderlandın Baş naziri Rob Yetten və argentinalı xokkeyçi Nikolas Kinan ilk övladlarını gözlədiklərini açıqlayıblar. Uşağın 2027-ci ildə surroqat ananın köməyi ilə dünyaya gələcəyi bildirilir.

51

Niderlandın Baş naziri Rob Yetten və onun həyat yoldaşı olmağa hazırlaşan argentinalı xokkeyçi Nikolas Kinan ilk dəfə valideyn olacaqlarını açıqlayıblar. Cütlük övladlarının 2027-ci ilin yazında surroqat ananın köməyi ilə dünyaya gələcəyini bildirib.

MSNews.az xəbər verir ki, bu barədə cütlük oktyabrın 19-da sosial şəbəkə hesablarında birgə paylaşım edib.

Onlar ultrasəs müayinəsinin görüntüsünü paylaşaraq övladlarının dünyaya gələcəyini izləyicilərinə çatdırıblar.

“Çox xüsusi biri bizə doğru gəlir. 2027-ci ildə görüşərik, balacamız”, – deyə paylaşımda qeyd olunub.

Cütlük övlad sahibi olmaq arzularını reallaşdırmaqda onlara kömək edən yumurta hüceyrəsi donoruna və Lisa adlı surroqat anaya təşəkkür edib.

“Yumurta hüceyrəsi donorumuza, surroqat anamız Lisaya və onların ailələrinə minnətdarlığımızı ifadə etmək üçün sözlər kifayət etmir. Onlarsız bunların heç biri mümkün olmazdı”, – deyə onlar bildiriblər.

“Reuters” agentliyinin məlumatına görə, hamiləlik surroqat analıq üsulu ilə həyata keçirilib. Bu prosesdə iştirak edən hər iki qadın Niderland vətəndaşıdır və cütlüyün tanışlarıdır.

Niderland qanunvericiliyinə uyğun olaraq, razılaşma kommersiya xarakteri daşımır. Qadınlara surroqat analıq və donor xidmətlərinə görə kommersiya ödənişi edilməyib.

Rob Yettenin rəhbərlik etdiyi D66 partiyası da bununla bağlı açıqlama yayaraq prosesin ölkənin qüvvədə olan qaydalarına uyğun həyata keçirildiyini bildirib. Surroqat ana Lisa isə cütlüyün valideyn olmaq arzusunu gerçəkləşdirməyə kömək etməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

39 yaşlı Rob Yetten Niderland tarixində ən gənc Baş nazir və bu vəzifəni tutan ilk açıq homoseksual siyasətçidir.

Onun tərəfdaşı Nikolas Kinan isə Argentinanın otüstü xokkey üzrə milli komandasının üzvü olub və 2024-cü ildə Paris Olimpiadasında iştirak edib. Cütlük 2024-cü ilin noyabrında nişanlandıqlarını açıqlayıb.

Niderland mətbuatının məlumatına görə, Yetten uşağın doğulmasından sonra ailəsi ilə vaxt keçirmək üçün qısa müddətlik məzuniyyət götürməyi planlaşdırır.

Körpənin 2027-ci ilin yazında dünyaya gəlməsi gözlənilir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Xəbər lenti