Netanyahu seçkilərdə saxta həbslər təşkil etməkdə şübhəli bilinir

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi seçki günü ərəb fəallarının həbslərinin təşkilində şübhəli bilinir. Polis və prokurorluq iddiaları araşdırır.

65

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi oktyabrın 27-də keçirilən parlament seçkiləri zamanı üç ərəb fəalın saxlanılmasını əvvəlcədən təşkil etməkdə şübhəli bilinir. Məqsədin ərəb partiyalarına qarşı seçki saxtakarlığı ittihamlarını gücləndirmək olduğu ehtimal edilir.

MSNews.az xəbər verir ki, bu barədə İsrailin “N12” telekanalının araşdırmasında bildirilir.

Araşdırmaya görə, Netanyahunun aparat rəhbəri İdo Norden səsvermədən bir gün əvvəl polis komissarı Daniel Levinin ofisinə müraciət edərək RAAM partiyasının fəallarının seçiciləri pulla ələ almağa hazırlaşdıqlarını iddia edib.

Oktyabrın 27-də səhər saatlarında 14 polis əməkdaşı Negev bölgəsində üç fəalın evinə axtarış orderi olmadan basqın edib. Saxlanılanlar arasında Rahat şəhərindən olan həkim Sayaf Əbu Riyaş da olub. Onun evində qanunsuz heç nə aşkarlanmasa da, altı gün həbsdə saxlanılıb. Digər iki fəal da sonradan ittiham irəli sürülmədən azad edilib.

“The Times of Israel” nəşrinin məlumatına görə, Netanyahu seçki günü bu həbslərə istinad edərək ərəb partiyalarını səsləri saxtalaşdırmaqda ittiham edib. Hazırda hüquq-mühafizə orqanları həbslərə əsas verən kəşfiyyat məlumatlarının qəsdən uydurulub-uydurulmadığını araşdırır.

Araşdırmada həmçinin ŞABAK rəhbəri David Zininin xarici müdaxilə şübhəsi ilə beş ərəb deputatın telefonlarının dinlənilməsini istədiyi, lakin Baş Prokurorluğun buna qarşı çıxdığı bildirilir.

Netanyahunun ofisi ittihamları rədd edib. Rəsmi açıqlamada Nordenin yalnız əldə etdiyi məlumatı polisə ötürdüyü və qanuni vəzifəsini yerinə yetirdiyi vurğulanıb.

İsrailin baş prokuroru və dövlət ittihamçısı məsələnin araşdırılacağını açıqlayıblar. İddia olunan qanunsuz müdaxilə hələlik sübuta yetirilməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.