Meymunlara videolar göstərildi: Ən çox dava səhnələrini izlədilər

Niderlandda aparılan araşdırmada meymunların ən çox dava və münaqişə görüntülərinə maraq göstərdiyi müəyyən edilib. Tanıdıqları meymunların yer aldığı videolar da onların diqqətini daha çox çəkib.

53

Niderlandda aparılan elmi araşdırma meymunların insanlar kimi dava və münaqişə görüntülərinə xüsusi maraq göstərdiyini üzə çıxarıb. Təcrübə zamanı onların ən çox aqressiv davranışların və tanıdıqları fərdlərin yer aldığı videoları izlədiyi müəyyən edilib.

MSNews.az xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri elmi tədqiqatın nəticələrinə istinadən məlumat yayıb.

Niderlandın Utrext Universiteti və ABŞ-nin Ohayo Dövlət Universitetinin tədqiqatçıları 28 uzunquyruq makakaya iki dəqiqəlik videolar göstəriblər. Görüntülərdə meymunların dalaşması, qaçması, bir-birinə qulluq etməsi və istirahəti əks olunub.

Nəticələr göstərib ki, meymunlar ən çox dava və digər aktiv hərəkətlərin yer aldığı görüntülərə diqqət ayırıblar. Xüsusilə öz qruplarından tanıdıqları fərdlərin iştirak etdiyi münaqişələr onların marağına səbəb olub.

“Phys.org” nəşrinin məlumatına görə, tədqiqatçılar bu davranışın primatların sosial münasibətləri izləmək və ətraflarında baş verən hadisələr haqqında məlumat toplamaq ehtiyacı ilə əlaqəli ola biləcəyini düşünürlər.

Araşdırma 2025-ci ildə Animal Cognition elmi jurnalında dərc edilib. Təcrübədə meymunlara real sosial şəbəkələrdən istifadə etdirilməyib, yalnız qısa videolara reaksiyaları öyrənilib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.