Amerikan şousunda Trampın oxşarı görüntüsü viral oldu – VİDEO

“The Daily Show”un aparıcısı Con Stüart Donald Trampın arxasında dayanan və ona bənzəyən şəxsi görərək zarafatla “ehtiyat Tramp” adlandırıb. Həmin şəxsin Melaniya Trampın atası Viktor Knavs olduğu bildirilir.

16

Amerikalı komediyaçı və televiziya aparıcısı Con Stüart ABŞ Prezidenti Donald Trampın arxasında dayanan və ona zahirən bənzəyən şəxsi gördükdən sonra efirdə maraqlı reaksiya verib.

MSNews.az xəbər verir ki, hadisə “The Daily Show” proqramının buraxılışında baş verib. Stüart dünya çempionatının finalından sonra çəkilmiş görüntüləri izləyərkən videonun dayandırılmasını istəyib və Trampın arxasındakı şəxsin kim olduğunu dəfələrlə soruşub.

Aparıcı həmin şəxsin Trampa oxşarlığına diqqət çəkərək zarafatla “Bu, ehtiyat Trampdır?” sualını verib. O, daha sonra indiyədək ictimaiyyət qarşısında görünən Trampın “həqiqi”, yoxsa “ehtiyat variant” olması barədə yumoristik suallar səsləndirib.

“The Independent” görüntülərdəki şəxsin Trampa bənzər bədən quruluşuna, yaş görünüşünə və geyim tərzinə malik olduğunu yazıb. Hər iki şəxsin tünd-göy kostyum geyinməsi və kameranın bucağı zahiri oxşarlığı daha da artırıb.

Medianın məlumatına görə, Trampın arxasında görünən şəxsin ABŞ-ın birinci xanımı Melaniya Trampın atası Viktor Knavs olduğu ehtimal edilir. Knavs Donald və Melaniya Trampla birlikdə dünya çempionatının final matçında iştirak edib. Bununla belə, Ağ Ev həmin şəxsin kimliyi ilə bağlı ayrıca rəsmi açıqlama verməyib.

“New York Post” da sözügedən şəxsin Viktor Knavs olduğunu bildirib. Nəşr qeyd edib ki, Knavs Trampdan daha yaşlı, qısa və ağsaçlı olsa da, görüntünün çəkildiyi bucaq onların oxşarlığını qabardıb.

Videonu “Telegram” kanalımızda izləyə bilərsiniz.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031