Messidən sonra Argentinanın yeni kapitanı müəyyənləşdi

Lionel Messi milli komandadan ayrıldıqdan sonra Argentina yığmasının yeni kapitanı Kristian Romero olacaq. Lionel Skaloni seçimdə Emiliano Martines və Nikolas Talyafikonu qabaqlayan 28 yaşlı müdafiəçiyə üstünlük verib.

48

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra komandanın yeni kapitanı kimi Kristian Romeronu müəyyənləşdirib.

MSNews.az xəbər verir ki, bu barədə Argentinanın “TyC Sports” nəşri məlumat yayıb. Mənbəyə görə, 28 yaşlı “Atletiko Madrid” müdafiəçisi yeni mərhələdə həm meydanda, həm də paltardəyişmə otağında yığmanın əsas liderlərindən biri olacaq.

Skaloni kapitanlıq üçün əsas namizədlər arasında olan qapıçı Emiliano “Dibu” Martines və müdafiəçi Nikolas Talyafikodan daha çox Romeroya üstünlük verib. Bununla belə, qərarın yalnız Messinin gedişindən sonra verilmədiyi bildirilir. “TyC Sports”un məlumatına görə, Romero hələ 2026-cı il dünya çempionatından əvvəl komandanın üçüncü kapitanı müəyyən edilmişdi.

Messi ilə yanaşı, uzun müddət yığmanın kapitanlıq iyerarxiyasında ön sıralarda olan Nikolas Otamendi də mundialdan sonra milli komandadakı karyerasını başa vurub. Beləliklə, Romero avtomatik olaraq daha yüksək liderlik roluna keçib.

Romero üçün kapitan sarğısı tamamilə yeni deyil. O, indiyədək Argentina millisində keçirdiyi 58 oyunun üçündə komandanı kapitan kimi meydana çıxarıb. Müdafiəçi ilk dəfə 2025-ci ildə Çili ilə dünya çempionatının seçmə oyununda, daha sonra Venesuela ilə yoldaşlıq görüşündə, son olaraq isə bu ilin martında Mavritaniyaya qarşı matçda kapitan olub.

Lionel Messi isə avqustun 31-də Argentina millisindəki 21 illik karyerasını rəsmən başa vurduğunu açıqlayıb. 39 yaşlı futbolçu yığmada 207 oyun keçirib və 125 qol vurub. O, Argentina ilə 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə isə dünya çempionatını qazanıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.