Məşhur israilli aktrisa etiraz olaraq ölkəsini tərk etdi

İsrailli aktrisa və rejissor Eynat Vaytsman Qəzzadakı müharibəyə etiraz olaraq ölkəsini tərk edib Yunanıstana köçmək qərarına gəlib. O, Fələstini dəstəklədiyinə görə işini və bir sıra dostlarını itirdiyini bildirib.

72

İsrailli aktrisa və rejissor Eynat Vaytsman Qəzzadakı müharibəyə və İsrail hökumətinin siyasətinə etiraz olaraq ölkəsini tərk edib Yunanıstana köçmək qərarına gəlib. Sənətçi Fələstin xalqını dəstəklədiyinə görə uzun illər peşəkar təzyiqlərlə üzləşdiyini, iş imkanlarını və dostlarını itirdiyini açıqlayıb.

MSNews.az xəbər verir ki, bu barədə Vaytsman İsrailin “Haaretz” qəzetinə müsahibəsində danışıb.

Aktrisa həyat yoldaşı və iki qızı ilə birlikdə Yunanıstanın paytaxtı Afinaya köçməyi planlaşdırdığını bildirib.

“Son üç ildə soyqırım səbəbindən burada yaşamaq mənim üçün çox çətin olub. Qəzzada insanların evlərindən qovulduğunu və aclıq çəkdiyini bildiyim halda, Təl-Əvivdə kafedə oturub rahatlıqla şərab içə bilmirəm”, – deyə Vaytsman bildirib.

Onun sözlərinə görə, İsrailin Fələstinlə bağlı siyasətini açıq tənqid etməsi peşəkar fəaliyyətinə ciddi təsir göstərib.

Vaytsman bildirib ki, uşaqlıq illərindən onunla əməkdaşlıq edən aktyor agentliyi müqaviləsini dayandırıb, dərs dediyi bəzi təhsil müəssisələri isə onu işdən çıxarıb və ya fəaliyyətini məhdudlaşdırıb.

Aktrisa bu qərarların siyasi mövqeyi və Qəzza ilə bağlı sosial şəbəkə paylaşımları ilə əlaqəli olduğunu iddia edib.

Sənətçinin sözlərinə görə, həyatında əsas dönüş nöqtəsi 2014-cü ildə Qəzzada baş vermiş hərbi əməliyyatlar zamanı yaşanıb. Həmin dövrdə Fələstin bayrağı ilə çəkilmiş fotosunun sosial şəbəkələrdə yayılması onun kütləvi təhdid və təhqirlərlə üzləşməsinə səbəb olub.

Bundan sonra Vaytsman siyasi teatra üstünlük verərək fələstinli məhbusların həyatı, işğal, məcburi köçkünlük və senzura mövzularına həsr olunmuş tamaşalar hazırlamağa başlayıb.

“İşğal məhbusları” və “Fələstin, sıfırıncı il” kimi əsərləri onun yaradıcılığında mühüm yer tutur. Aktrisa bu tamaşaların İsrailin siyasi və mədəni dairələrində etirazlarla qarşılandığını bildirib.

Vaytsman Yunanıstana köçməsinin siyasi fəaliyyətindən imtina etmək anlamına gəlmədiyini də vurğulayıb.

“Mən mübarizəmdən, sənətimdən və siyasi mövqeyimdən imtina etmirəm. Əksinə, fəaliyyətimi davam etdirmək üçün imkanlar tapa biləcəyim yerə gedirəm”, – deyə o bildirib.

Aktrisa Afinada fələstinli sənətçilərlə əməkdaşlığını davam etdirməyi planlaşdırır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.