Mərakeş federasiyasının rəhbəri: “DÇ-2030 finalı II Həsən stadionunda keçiriləcək”

Mərakeş Futbol Federasiyasının prezidenti Füzzi Lekjaa 2030-cu il dünya çempionatının finalının 115 min yerlik II Həsən stadionunda keçiriləcəyini açıqlayıb. FIFA isə final məkanının hələ rəsmən müəyyənləşdirilmədiyini bildirir.

47

Mərakeş Kral Futbol Federasiyasının prezidenti Füzzi Lekjaa 2030-cu il dünya çempionatının finalının Kasablanka yaxınlığında tikilən 115 min yerlik II Həsən stadionunda keçiriləcəyini bildirib. FIFA isə finalın məkanının hələ rəsmən müəyyənləşdirilmədiyini açıqlayıb.

MSNews.az xəbər verir ki, Lekjaa Mərakeşin Buznika şəhərində keçirilən siyasi tədbirdə çıxışı zamanı “Bensliman əyaləti 2030-cu il dünya çempionatının finalına ev sahibliyi etmək şərəfinə nail olacaq” deyib.

Bu barədə “Reuters” və “L’Équipe” məlumat yayıb.

Söhbət Kasablankadan təxminən 60 kilometr məsafədə, Bensliman ərazisində tikilməkdə olan II Həsən stadionundan gedir. Arenanın layihə tutumu 115 min tamaşaçıdır və tikinti başa çatdıqdan sonra dünyanın ən böyük sırf futbol stadionlarından biri olması gözlənilir.

Lakin Lekjaanın açıqlamasına baxmayaraq, FIFA finalın Mərakeşə verildiyini təsdiqləməyib. “EFE”yə danışan FIFA nümayəndəsi bildirib ki, finalın keçiriləcəyi stadionla bağlı qərar “vaxtı çatanda FIFA tərəfindən veriləcək”. FIFA-nın rəsmi məlumatlarında da hazırda yalnız Mərakeş, İspaniya və Portuqaliyanın əsas ev sahibi ölkələr olduğu göstərilir; konkret final stadionu açıqlanmayıb.

Final uğrunda əsas rəqabət Mərakeş və İspaniya arasında gedir. İspaniya tərəfi Madridin “Santyaqo Bernabeu” stadionunu əsas namizədlərdən biri kimi irəli sürür, Mərakeş isə yeni II Həsən stadionuna üstünlük verir.

Məsələ ətrafında siyasi xarakterli iddialar da mövcuddur. “The Times” ötən ay mənbələrə istinadən FIFA prezidenti Canni İnfantinonun Mərakeşin finala ev sahibliyi etmək istəyini dəstəklədiyini və bunun ölkə federasiyasının onun FIFA daxilindəki mövqeyinə verdiyi dəstəklə əlaqəli ola biləcəyini yazmışdı.

Reuters”in məlumatına görə, Afrika Futbol Konfederasiyasındakı yüksək vəzifəli mənbə də Afrika futbol dairələrində Lekjaaya finalın Mərakeşə verilməsinin İnfantinoya dəstəyin qorunması müqabilində vəd edildiyini düşünənlərin olduğunu bildirib. Bununla belə, bu, təsdiqlənmiş razılaşma deyil.

FIFA avqust ayında həmin iddiaları “yalan və yanıltıcı” adlandıraraq İnfantinonun 2030-cu il mundialının finalı ilə bağlı Mərakeşə hər hansı vəd verdiyini rədd edib.

2030-cu il dünya çempionatının əsas oyunları Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcək. Turnirin 100 illiyi münasibətilə Argentina, Paraqvay və Uruqvay da hərəyə bir oyun qəbul edəcək.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.