MEDİA Fransa mediasının Azərbaycana qarşı kampaniyasını pislədi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını qəti şəkildə pisləyib.

11

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı yaydığı materiallara münasibət bildirib.

MSNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında Fransanın bəzi kütləvi informasiya vasitələrinin bu ölkənin gündəlik həyatı üçün xarakterik olan kriminal hadisə ilə bağlı birtərəfli və ictimai rəyi çaşdıran materiallar dərc etdiyi qeyd olunub.

Agentlik bildirib ki, həmin yayınların məqsədi Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq və ictimai rəyi manipulyasiya etməkdir. Açıqlamada məhkəmə prosesindən əvvəl və sonra məlumatların seçici təqdim olunması, həmçinin hadisəyə həddindən artıq sensasion xarakter verilməsi tənqid edilib.

MEDİA-nın bəyanatında vurğulanıb ki, Fransanın bəzi media qurumlarının kriminal hadisəni siyasiləşdirmək və Azərbaycan dövlətinin bəzi rəsmi şəxslərinin adlarını bu işlə əlaqələndirmək cəhdləri ölkəyə qarşı aparılan sistemli qarayaxma kampaniyasının tərkib hissəsidir.

Agentlik “Revue21”, “TV5Monde”, “Le Figaro”“Le Monde” kimi media subyektlərinin mövzuya xüsusi həssaslıq göstərməsini Azərbaycanın artan beynəlxalq nüfuzundan narahat olan dairələrin mövqeyi ilə əlaqələndirib.

Açıqlamada bildirilib ki, adıçəkilən media qurumları jurnalistikanın beynəlxalq etik prinsiplərini pozaraq sifarişli siyasi kampaniyanın alətinə çevrildiklərini nümayiş etdirirlər.

MEDİA həmçinin qeyd edib ki, cinayət fərdi məsuliyyət doğuran əməl olduğu halda, ehtimal olunan günahkarın milli mənsubiyyətinin hadisənin özündən daha çox ön plana çıxarılması hüququn aliliyinə deyil, stereotiplərin və ayrı-seçkiliyin təşviqinə xidmət edir.

Agentlik manipulyasiya edilmiş məlumatlar əsasında Azərbaycana qarşı aparılan bu kampaniyanı hədəfli propaqanda elementi kimi qiymətləndirib və media peşəkarlığı prinsipləri ilə bir araya sığmayan belə halları qəti şəkildə pislədiyini bəyan edib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.