Macarıstanın Baş nazirinin üzərinə şərab töküldü

Macarıstanın Baş naziri Peter Madyarın üzərinə Seksard şəhərində keçirilən məhsul bayramında şərab tökülüb. Hadisəni törədən şəxs mühafizəçilər tərəfindən ərazidən uzaqlaşdırılıb. Baş nazir insidentin görüntülərini sosial şəbəkədə paylaşıb.

21

Macarıstanın Baş naziri Peter Madyarın üzərinə Seksard şəhərində keçirilən məhsul bayramında bir nəfər şərab sıçradıb. Hadisəni törədən şəxs mühafizə əməkdaşı tərəfindən ərazidən uzaqlaşdırılıb. Baş nazir insidentin videoyazısını sosial şəbəkədə paylaşıb.

MSNews.az xəbər verir ki, hadisə sentyabrın 19-da Madyar Peç şəhərinə səfərindən qayıdarkən yerli sakinlərin dəvəti ilə Seksard Məhsul Bayramına baş çəkdiyi vaxt baş verib. Macarıstanın “Telex” nəşrinin məlumatına görə, Baş nazir yemək köşklərindən birinin qarşısında növbədə dayanarkən bir kişi stəkanındakı içkini onun üzərinə sıçradıb.

Yayılan görüntülərdə mühafizəçinin həmin şəxsi dərhal ərazidən uzaqlaşdırdığı görünür. Madyar isə hadisədən sonra köşk əməkdaşları ilə söhbətini davam etdirib.

Baş nazir sosial şəbəkədəki paylaşımında insidenti törədən şəxsi keçmiş baş nazir Viktor Orbanın tərəfdarı kimi xarakterizə edib. O, hadisəyə istehza ilə yanaşaraq Seksardın yaxşı şərabının hədər getməsinə heyifsiləndiyini bildirib.

Hadisəni törədən şəxsin motivi barədə müstəqil təsdiqlənmiş məlumat yoxdur. Onun saxlanılıb-saxlanılmadığı və barəsində hüquqi tədbir görülüb-görülmədiyi də açıqlanmayıb.

Video görüntünü “Telegram” kanalımızdan izləyə bilərsiniz.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti