Livan ordusunun generalı öldürüldü

Livan ordusu İsrailin cənubda hərbi avtomobilə endirdiyi zərbə nəticəsində briqada generalı Vissam Sabra, kapitan Eli Xuri və əsgər Hüseyn Qozalın həlak olduğunu bildirib.

12

Livan ordusunun yüksək rütbəli zabiti İsrailin ölkənin cənubunda hərbi avtomobilə endirdiyi zərbə nəticəsində həlak olub.

MSNews.az xəbər verir ki, “Associated Press” Livan ordusuna istinadən zərbənin Nəbatiyyə şəhərini Mərcayun bölgəsi ilə birləşdirən yolda baş verdiyini yazıb. Məlumata görə, hücum nəticəsində briqada generalı, kapitan və daha bir hərbçi ölüb.

Al Jazeera”in məlumatına görə, həlak olanlar briqada generalı Vissam Sabra, kapitan Eli Xuriəsgər Hüseyn Qozaldır. Livanın Baş naziri Navvaf Salam onların ailələrinə və Livan ordusuna başsağlığı verib.

Livan ordusu zərbəni “qəsdən və təkrar həyata keçirilən İsrail təcavüzünün davamı” kimi qiymətləndirib və bunun ölkədə sabitliyin bərpası, genişmiqyaslı atəşkəsin əldə olunması və İsrail qüvvələrinin Livan ərazilərindən çıxarılması istiqamətində səyləri pozduğunu bildirib.

L’Orient Today” yazır ki, Livan ordusunun daha detallı açıqlamasında zərbənin Kfar Tebnit-Xardali yolunda hərəkət edən hərbi avtomobili hədəf aldığı qeyd olunub. Hadisə nəticəsində iki zabit və bir əsgər həlak olub.

İsrail ordusu isə zərbə ilə bağlı fərqli izah verib. “Associated Press”in məlumatına görə, İsrail tərəfi avtomobilin Kfar Tibnit yaxınlığında “aktiv döyüş zonasında şübhəli şəkildə hərəkət etdiyini” bildirib. İsrail ordusu həmin ərazidə “Hizbullah”ın İsrail hərbçilərinə atəş açmağa hazırlaşdığı barədə məlumat aldığını iddia edib. Eyni zamanda, İsrail ordusu əməliyyatlarının Livan ordusuna deyil, “Hizbullah”a qarşı yönəldiyini və hadisənin araşdırıldığını açıqlayıb.

Livan Prezidenti Cozef Aun hücumu ölkənin suverenliyinin və beynəlxalq hüququn açıq pozuntusu adlandırıb. Baş nazir Navvaf Salam isə bunu Livana və bütün livanlılara qarşı “ağır cinayət” kimi qiymətləndirib.

Al Jazeera”in məlumatına görə, eyni gün İsrailin Livanın cənubuna endirdiyi digər zərbələr nəticəsində ümumilikdə azı 12 nəfər ölüb. Onlardan bir qismi Saksakiyə kəndinə edilən hücum zamanı həlak olub.

Hadisə ABŞ vasitəçiliyi ilə İsrail və Livan arasında yeni atəşkəs təşəbbüsünün gündəmə gəldiyi bir vaxtda baş verib. “Reuters” daha əvvəl yazmışdı ki, “Hizbullah” Vaşinqtonda elan edilən atəşkəs planını rədd edib, İsrail isə təhlükəsizlik səbəbi ilə Livanın cənubunda əməliyyatları davam etdirəcəyini bildirib.

BMT-nin Livandakı sülhməramlı missiyası — “UNIFIL” isə Livan ordusuna qarşı bu cür hücumların ölkənin suverenliyi, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin ciddi pozuntusu olduğunu bildirib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930