ABŞ prezidenti Donald Tramp İsrail və Livan arasında 10 günlük atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb.
“Reuters”-in məlumatına görə, Tramp atəşkəsin Şərq vaxtı ilə saat 17:00-da başlanacağını bildirib, daha sonra ABŞ rəsmisi bunun məhz, cümə axşamı qüvvəyə minəcəyini dəqiqləşdirib.
Tramp açıqlamasında İsrailin baş naziri Benyamin Netanyahu və Livan prezidenti Cozef Aunla “əla söhbətlər” apardığını deyib. O, həmçinin vitse-prezident Cey Di Vensə, dövlət katibi Marko Rubioya və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə tərəflərlə birlikdə “davamlı sülh” istiqamətində işləməyi tapşırdığını bildirib.
Bu razılaşmanın tam icra mexanizmi və döyüşlərin tam dayanıb-dayanmayacağı da hələ qeyri-müəyyəndir. Hizbullah atəşkəsin bütün İsrail əməliyyatlarını dayandırmalı olduğunu bildirir, İsrail qüvvələrinin isə Livanın cənubundakı fəaliyyəti ilə bağlı suallar qalır. Bu səbəbdən elan edilmiş atəşkəs mühüm diplomatik addım sayılsa da, onun sahədə necə işləyəcəyi hələ tam aydın deyil.
Trampın paylaşımında “Bütün dünyada 9 müharibəni həll etmək mənim üçün şərəf idi və bu mənim 10-cum olacaq” məzmunlu ifadənin yer aldığı beynəlxalq media tərəfindən də sitat kimi verilib.
