Kraliça II Yelizavetanın həyat və tərzini əks etdirən sərgi Bukingem Sarayında

Böyük Britaniyanın mərhum kraliçası II Yelizavetanın 70 illik hökmranlığını və şəxsi stilini əks etdirən ən geniş moda sərgisi 2026-cı ildə Londonun Bukingem Sarayında keçiriləcək. Sərgidə 200-dən çox geyim və aksesuar təqdim olunacaq.

Böyük Britaniyanın mərhum kraliçası II Yelizavetanın həyatını və 70 illik hökmranlığını əks etdirən ən geniş moda sərgisi gələn il Londonun Bukingem Sarayında nümayiş etdiriləcək. Sərgi onun doğumunun 100 illiyi münasibətilə təşkil olunur.

Royal Collection Trust-in məlumatına görə, “Queen Elizabeth II: Her Life in Style” adlı sərgidə kraliçanın arxivindən 200-dən çox geyim və aksesuar təqdim olunacaq. Eksponatların təxminən yarısı ilk dəfə ictimaiyyətə göstəriləcək.

Sərginin diqqət çəkən nümunələri arasında kraliçanın 1947-ci ildəki kral toyunda geyindiyi gəlinlik, 1953-cü ildə tacqoyma mərasimində geyindiyi məşhur libas, dizayner Norman Hartnell tərəfindən hazırlanmış rəsmi ziyafət geyimləri, gənc şahzadə Yelizavetanın 1934-cü ildə geyindiyi zərif gəlin köməkçisi paltarı, həmçinin, kraliçanın şəxsi gündəlik geyimləri – at minmə kostyumları, tvid gödəkçələr, yağış plaşları və baş yaylıqları yer alacaq.

Sərgidə həmçinin üç müasir britaniyalı dizayner – Erdem Moralıoğlu, Riçard Kuin və Kristofer Keynin kraliçanın stilindən ilhamlanmış işləri də təqdim ediləcək.

Kraliça Yelizaveta 21 aprel 2026-cı ildə 100 yaşını qeyd edəcəkdi. O, 2022-ci ilin sentyabrında 96 yaşında vəfat edib.

Sərgi 2026-cı il 10 aprel – 18 oktyabr tarixlərində açıq olacaq. Biletlər artıq satışdadır.

MS-News.az

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.