Körpə Yamalı çimizdirən Messi ona qarşı finala çıxacaq

2007-ci ildə UNICEF-in xeyriyyə çəkilişində Lionel Messinin qucağında görüntülənən körpə Lamin Yamal 19 il sonra Argentina ulduzuna qarşı dünya çempionatının finalında meydana çıxacaq.

19

2007-ci ildə xeyriyyə təqvimi üçün keçirilən fotosessiyada Lionel Messinin qucağında görüntülənən körpə Lamin Yamal 19 il sonra argentinalı ulduza qarşı dünya çempionatının finalında meydana çıxmağa hazırlaşır.

MSNews.az xəbər verir ki, məşhur şəkilləri fotoqraf Joan Monfort “Sport” qəzeti və UNICEF-in birgə hazırladığı xeyriyyə təqvimi üçün “Barselona”nın “Kamp Nou” stadionunda çəkib. Kadrlarda 20 yaşlı Messi körpə Yamalı qucağında saxlayır və plastik vannada çimizdirilməsinə kömək edir.

Bu barədə “Associated Press” məlumat yayıb.

Yamalın fotosessiyaya qatılması əvvəlcədən planlaşdırılmayıb. “The Guardian” yazır ki, UNICEF Laminin ailəsinin yaşadığı Mataro şəhərinin Rokafonda məhəlləsində lotereya təşkil edib. Yamalın ailəsi qaliblər sırasına düşərək “Barselona” futbolçularından biri ilə şəkil çəkdirmək hüququ qazanıb və körpə təsadüf nəticəsində Messi ilə cütləşdirilib.

Fotoqrafın sözlərinə görə, həmin vaxt Messi körpə ilə necə davranacağını bilmədiyi üçün əvvəlcə çətinlik çəkib. Monfort sonradan çəkdiyi körpənin dünya futbolunun ən böyük istedadlarından birinə çevriləcəyini təsəvvür etmədiyini bildirib.

Uzun müddət diqqətdən kənarda qalan fotoşəkillər Yamalın atasının 2024-cü il Avropa çempionatı zamanı onlardan birini “İki əfsanənin başlanğıcı” qeydi ilə sosial şəbəkədə paylaşmasından sonra yenidən gündəmə gəlib. Həmin turnirdə Yamal İspaniya ilə Avropa çempionu olub.

İndi 19 yaşlı Yamal və 39 yaşlı Messi ilk dəfə futbol meydanında bir-birinə rəqib olacaqlar. “Global News” qarşıdakı finalı iki futbolçunun ilk qarşılaşması kimi təqdim edib. Messi isə Yamalı hazırda dünyanın ən yaxşı oyunçularından biri adlandıraraq 19 il əvvəlki foto ilə bağlı yaranan vəziyyəti “inanılmaz” adlandırıb.

İspaniya və Argentina arasında 2026-cı il dünya çempionatının finalı iyulun 19-da Nyu-Cersi ştatındakı “New York New Jersey Stadium”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti