“Zirə” “Torpedo Kutaisi”-ni darmadağın edərək mərhələ adladı

"Zirə" UEFA Konfrans Liqasının cavab oyununda "Torpedo Kutaisi"-ni 3:0 məğlub edib. Azərbaycan klubu iki görüşün nəticəsinə görə 6:0 hesabı ilə növbəti mərhələyə yüksəlib.

133

MSNews.az xəbər verir ki, iyulun 16-da Kutaisidəki “Şengeliya Arena”da keçirilən qarşılaşmada Azərbaycan təmsilçisi ilk hissədə iki qol vurub.

Oyunda hesabı 25-ci dəqiqədə Eren Aydın açıb. Amin Seydiyev 39-cu dəqiqədə fərqi iki topa çatdırıb. Qarşılaşmanın 70-ci dəqiqəsində yenidən fərqlənən Eren Aydın dublunu rəsmiləşdirib və matçın yekun nəticəsini müəyyənləşdirib — 0:3.

Komandalar arasında iyulun 8-də Sumqayıtda keçirilən ilk görüş də “Zirə”nin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Beləliklə, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda iki oyunun nəticəsinə görə 6:0 hesabı ilə üstün olub. UEFA-nın statistikasına əsasən, “Zirə” turnirdə keçirdiyi ilk iki oyunda altı qol vurub və qapısından top buraxmayıb.

Azərbaycan təmsilçisi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın “Paide” klubu ilə qarşılaşacaq. UEFA-nın püşkatmasına əsasən, “Torpedo Kutaisi”–“Zirə” cütünün qalibi “Hegelmann”–“Paide” cütünün qalibi ilə üz-üzə gəlməli idi. Estoniya klubu cavab görüşündə 3:0 hesablı qələbə qazanaraq mərhələ adlayıb.

II təsnifat mərhələsinin oyunlarının iyulun 23-də və 30-da keçirilməsi nəzərdə tutulub.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.