Kolumbiya Prezidenti Petro: “Vətəni qorumaq üçün silaha sarılmağa hazıram”

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-dan mümkün hərbi müdaxilə ilə bağlı sərt açıqlama verib. Petro ölkəsinin təhlükəsizliyi naminə silaha sarılmağa hazır olduğunu bildirib.

91

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-ın Venesuela lideri Nikolas Maduronu ələ keçirdiyi kimi onun da hədəf alınacağı təqdirdə, vətəni qorumaq üçün silaha sarılmağa hazır olduğunu bəyan edib. Petro əminliyini ifadə edib ki, belə bir halda Kolumbiya xalqı onun müdafiəsinə qalxacaq.

Prezident bu fikirləri X sosial şəbəkəsində paylaşımında səsləndirib:

“Baxmayaraq ki, mən heç vaxt hərbçi olmamışam, müharibənin və yeraltı mübarizənin nə olduğunu bilirəm. 1989-cu il sülh razılaşmasından sonra bir daha silah götürməməyə and içmişdim. Amma vətən naminə sevmədiyim o silahı yenidən əlimə alaram”, – deyə Petro yazıb.

Qeyd edək ki, Qustavo Petro gənclik illərində sol-radikal “19 Aprel Hərəkatı”nın (M-19) üzvü olub.

Kolumbiya lideri xalqın da onun arxasında duracağına inandığını bildirib:

“Əgər xalqın böyük bir hissəsinin sevdiyi və hörmət etdiyi prezidenti həbs etsələr, onlar xalqın yaquarını azad etmiş olacaqlar”, – deyə Petro vurğulayıb.

Prezident həmçinin dövlətin maraqlarına zidd olaraq yalan məlumatlar ötürdüklərinə görə polis və kəşfiyyat xidmətindən bir neçə polkovniki vəzifədən uzaqlaşdırdığını açıqlayıb.

“Ümid edirəm ki, [ABŞ dövlət katibi Marko] Rubio bu uydurmalara inanmır”, – deyə Petro əlavə edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Kolumbiyada hərbi əməliyyat keçirmək ehtimalını istisna etməmişdi.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
28 aprel 2026