ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Qəzza Sülh Şurası və onun icraedici komitəsinin tərkibini açıqlayıb. Bu qurum Donald Trampın Qəzza üçün hazırladığı sülh və idarəetmə planını həyata keçirmək məqsədilə formalaşdırılıb və beynəlxalq diplomatlar, siyasətçilər, iqtisadiyyat və infrastruktur ekspertləri daxil olmaqla müxtəlif şəxslərdən ibarətdir.
Yeni elan edilmiş qurumun başında Şuranı özü idarə edəcək. Şuraya ABŞ Dövlət katibi Marko Rubio, xüsusi nümayəndə Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner, keçmiş Britaniya Baş naziri Toni Bleyr, amerikalı milyarder Mark Rovan, Dünya Bankının prezidenti Acay Banqa və ABŞ məsləhətçisi Robert Qabriel kimi beynəlxalq simalar daxildir.
Bundan əlavə, sülh prosesini dəstəkləyəcək ayrıca icraedici komitə də açıqlanıb. Bu komitədə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Birləşmiş Ərəb Əmirliklərinin əməkdaşlıq naziri Reem Əl-Haşimi, qətərli diplomat Əli Əl-Tavadi, Misirin kəşfiyyat rəhbəri Hassan Raşad, keçmiş BMT nümayəndəsi və diplomatı Nikolay Mladenov, Kipr-İsrail iş adamı Yakir Qabay və holland siyasətçi Siqrid Kaaq kimi şəxslər yer alır.
Qurum, həmçinin Qəzza üçün Milli İdarəetmə Komitəsini (NCAG) idarə edəcək lideri — keçmiş Fələstin hakimiyyəti nazir müavini Dr.Əli Sha’atı da açıqlayıb və bu komitə müvəqqəti hökumət funksiyalarını həyata keçirmək üçün çalışacaq.
Qeyd olunur ki, 16 yanvar tarixində Donald Tramp Rəcəb Tayyib Ərdoğana, bu şuraya üzv olması barədə rəsmi məktub göndərib.
Bu addım, 2023-cü ildən davam edən İsrail-HƏMAS münaqişəsindən sonra tətbiq olunmağa çalışılan qənaətbəxş sülh və yenidənqurma planının “ikinci faza”sına uyğun olaraq atılır və beynəlxalq səviyyədə geniş müşahidə olunur.