İtaliya Ukrayna üçün 3 milyard avroluq hava hücumundan müdafiə paketi hazırlayır

İtaliyanın Ukrayna üçün hazırladığı yeni hərbi yardım paketinə dörd SAMP/T NG sistemi, "Aster 30" raketləri və yeddi uzaqmənzilli radar daxil ola bilər. Paket hələ formal olaraq təsdiqlənməyib.

66

İtaliya Ukraynanın hava və raketdən müdafiəsini gücləndirmək üçün dəyəri təxminən 3 milyard avro olan yeni hərbi yardım paketi hazırlayır.

MSNews.az xəbər verir ki, “La Repubblica” öz mənbələrinə istinadən yazır ki, paket İtaliyanın Ukraynaya 13-cü hərbi yardım proqramı olacaq və onun əsas hissəsini hava hücumundan müdafiə vasitələri təşkil edəcək.

Qəzetin məlumatına görə, plan dörd SAMP/T NG hava hücumundan müdafiə batareyasının, “Aster 30” önləyici raketlərinin və yeddi uzaqmənzilli radarın Ukraynaya verilməsini nəzərdə tutur.

Radarlardan altısının Fransanın “Thales”, birinin isə İtaliyanın “Leonardo” şirkəti tərəfindən istehsal olunacağı bildirilir. SAMP/T NG sistemi ballistik raketlər də daxil olmaqla mürəkkəb hava hədəflərinin vurulması üçün hazırlanıb.

“La Repubblica”nın yazdığına görə, Fransa və İtaliya Ukraynaya “Aster 30 N1BT” raketlərinin yerli istehsalını təşkil etməyə də icazə verməyə hazırlaşır. Müvafiq müqavilələrin sentyabrda imzalanması planlaşdırılır. Bu addım Kiyevin Avropa ölkələrinin məhdud raket ehtiyatlarından asılılığını azaltmağa hesablanıb.

İtaliya eyni zamanda Ukraynanın təcili ehtiyaclarını qarşılamaq üçün öz hərbi anbarlarından müəyyən sayda Aster 30 raketini oktyabradək göndərməyi planlaşdırır. Yeni istehsal olunan sistem və avadanlıqların isə 2027-ci ilədək çatdırılması nəzərdə tutulur.

Paketin ümumi dəyərinin 3 milyard avroya yaxın olacağı və maliyyələşmənin Aİ-nin Ukraine Support Loan” mexanizmi vasitəsilə həyata keçiriləcəyi bildirilir.

İtaliyanın müdafiə naziri Quido Krozetto avqustun 26-da bildirib ki, 13-cü yardım paketi həmin tarixə formal olaraq mövcud deyil və təsdiqlənməyib. Onun sözlərinə görə, paket hazırlandıqdan sonra əvvəlcə parlamentin kəşfiyyat və təhlükəsizlik üzrə nəzarət komitəsi – COPASIR-a təqdim olunacaq, yalnız bundan sonra məxfi fərman formasında qəbul edilə bilər.

İtaliyanın xarici işlər naziri Antonio Tajani də Müdafiə Nazirliyinin yeni paket üzərində işlədiyini təsdiqləyərək prosesin “kifayət qədər tez” başa çatdırılacağını bildirib.

Beləliklə, hazırda söhbət detalları böyük ölçüdə razılaşdırılmış və formal təsdiq mərhələsinə yaxınlaşan paketdən gedir. Onun tərkibi və dəyəri barədə məlumatlar “La Repubblica”nın mənbələrinə əsaslanır və İtaliya hökuməti paketin bütün detalları ilə bağlı rəsmi fərman hələ qəbul etməyib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.