İsveç Tunisə 5 qol vurdu

FIFA Dünya Kubokunun "F" qrupunda İsveç millisi Tunisə 5:1 hesabı ilə qalib gəlib. Yasin Ayari oyunda dubla imza atıb.

16

İsveç millisi FIFA Dünya Kubokuna böyükhesablı qələbə ilə başlayıb.

MSNews.az xəbər verir ki, “F” qrupunun ilk turunda İsveç Tunisə 5:1 hesabı ilə qalib gəlib. Qarşılaşma Meksikanın Monterrey şəhərində keçirilib.

İsveçin heyətində Yasin Ayari dubl edib. Komandanın digər qollarını Aleksander İsak, Viktor Gyökeres və Mattias Svanberq vurublar.

Ayari həm matçın ilk qolunu, həm də əlavə vaxtda son qolu vuraraq görüşün əsas fiqurlarından biri olub. Tunis əsilli futbolçunun məhz Tunisə qarşı fərqlənməsi oyunun diqqətçəkən məqamlarından biri kimi qiymətləndirilib.

Tunis yığmasının yeganə qolunu ilk hissənin sonlarında Omar Rekik vurub. Lakin Afrika təmsilçisi ikinci hissədə İsveçin hücum təzyiqinin qarşısını almaqda çətinlik çəkib.

İsveç millisinin baş məşqçisi Qrem Potter oyundan sonra Aleksander İsak və Viktor Gyökeres arasındakı hücum əlaqəsini xüsusi qeyd edib. Onun sözlərinə görə, bu tandem komandanın hücum potensialını daha da artırır.

Bu nəticədən sonra İsveç “F” qrupunda 3 xalla liderliyə yüksəlib. Qrupun digər oyununda Niderland və Yaponiya 2:2 hesablı heç-heçə edib.