İraola “Liverpul”un yeni baş məşqçisi olacaq

Fabrizio Romanonun məlumatına görə, Andoni İraola “Liverpul”un yeni baş məşqçisi olmağa yaxındır. İngiltərə klubu Arne Slotun ayrılığından sonra ispaniyalı mütəxəssisi əsas namizəd kimi seçib.

35

Andoni İraolanın “Liverpul”un yeni baş məşqçisi olacağı bildirilir.

MSNews.az xəbər verir ki, tanınmış insayder Fabrizio Romanonun məlumatına görə, ispaniyalı mütəxəssis Arne Slotun ayrılığından sonra Mersisayd klubunun əsas seçimi olub. Romano İraolanın “Liverpul”un növbəti baş məşqçisi olmağa hazırlaşdığını yazıb.

Bununla belə, “Liverpul” hələlik İraolanın təyinatını rəsmi şəkildə açıqlamayıb. Klubun rəsmi saytında yayımlanan açıqlamada Arne Slotun baş məşqçi postundan ayrıldığı və onun varisinin təyin edilməsi prosesinin başladığı bildirilib.

The Guardian” yazır ki, “Liverpul” İraola ilə rəsmi danışıqlara başlayıb və klub dünya çempionatı başlamazdan əvvəl yeni baş məşqçi məsələsini yekunlaşdırmaq istəyir. Nəşrin məlumatına görə, “Liverpul”un idman direktoru Riçard Hyuz danışıqlarda əsas rol oynayır. Hyuz daha əvvəl İraolanı “Bournmut”a gətirən şəxslərdən biri olub.

The Times”ın məlumatına görə, “Liverpul” İraolanın təyinatına çox yaxındır və ispaniyalı məşqçi hazırda klubun əsas favoriti hesab olunur. Nəşr bildirir ki, İraola “Bournmut”dan ayrıldıqdan sonra azad mütəxəssis statusundadır və onunla “Kristal Pelas”, “Milan” və “Bayer Leverkuzen” də maraqlanıb.

İraola son illərdə İngiltərə futbolunda ən diqqətçəkən məşqçilərdən biri kimi tanınıb. O, “Bournmut”da yüksək intensivlikli, aqressiv pressinqə əsaslanan oyun modeli qurub və komandanı Avropa kuboklarına vəsiqə uğrunda rəqabət aparan səviyyəyə çatdırıb.

“Liverpul”un İraolaya marağı da məhz bu oyun fəlsəfəsi ilə əlaqələndirilir. Klub rəhbərliyi Arne Slotun uğursuz ikinci mövsümündən sonra komandanın daha enerjili, sürətli və pressinqə əsaslanan futbol modelinə qayıtmasını istəyir.

Məlumatlara görə, İraola “Liverpul”a keçəcəyi halda keçmiş “Bournmut” köməkçisi Tommi Elfiki də məşqçilər korpusuna gətirə bilər. Bununla belə, məşqçilər heyəti və müqavilə detalları barədə rəsmi məlumat hələ açıqlanmayıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930