Fəriburz Muxtarinin “Aslanın kölgəsində” adlı kitabında qeyd edilir ki, Parisdə yaşayan minlərlə İran və qeyri-İran yəhudisi və onların nəvələri öz həyatlarını müsəlman diplomata – “İranlı Şindler”ə borcludurlar.
Bu diplomat o zaman İranın Parisdəki konsulluğunun rəhbəri olan Əbdül Hüseyn Sərdari olmuşdur. Sərdari İsveçrədə hüquq təhsili almış, daha sonra diplomatik fəaliyyətə başlamıışdır.
Eliane Senahi Kohanim, ailəsi ilə birlikdə Fransadan gedəndə cəmi 7 yaşı vardı. O, xatırlayır: “Mən sevimli kuklamı qucağıma sıxıb yuxuya getmişdim, bizi gətirən qatar isə artıq nasistlərin nəzarətində olan keçid məntəqəsinə çatmışdı. Xatırlayıram, nasistlər atamdan pasportları tələb edəcəkdi, atam da pasportları yoxlamaq üçün onlara verəcəkdi. Onların baxışlarını xatırlayıram. Çox qorxunc mənzərə idi…”
Xanım Kohanim və ailəsi Paris ətrafında yaşayan iranlı yəhudi icmasına mənsub idi. Atası Corc Senahi tanınmış tekstil taciri idi və ailəsi ilə birlikdə Parisdən 25 km məsafədə yerləşən Montmorensi qəsəbəsində yaşayırdı.
Paris nasistlər tərəfindən işğal olunandan sonra orada yaşayan iranlı yəhudilər üçün kabus dolu günlər başlayacaqdı. Bunun qarşısını almaq üçün konsulluğun rəhbəri Əbdül Hüseyn Sərdari yəhudilərə İran pasportları payladı. Bu, onların İran vətəndaşı kimi xilas olmaları demək idi. Çünki o zaman Almaniya ilə İran arasında nasistlərin heç bir İran vətəndaşına toxunmaması barədə razılaşma mövcud idi.
Senahi ailəsi də məhz, bu pasportlardan əldə etdi. “Atamın necə titrədiyini xatırlayıram” – xanım Kohanim deyir. “Sərdari II Dünya müharibəsi zamanı İsveçrədə nasist təqibindən qurtarmaq üçün mindən çox yəhudini öz şirkətində işə qəbul edən Oskar Şindler kimi idi” xanım Cohanim əlavə edir.
İran rəsmi şəkildə neytrallığını elan etsə də, Almaniya ilə güclü ticarət əlaqələrinin mövcud olması bu neytrallığı formal edirdi. Nasist təbliğatı iranlıları da ari irqi hesab edirdi. Bu zaman Parisdə Gestaponun yəhudilərə qarşı amansız təqibləri tüğyan edirdi. Hər yeni doğulan yəhudi uşaqları analarının əllərindən alınır və xüsusi mərkəzlərə verilirdi. Yəhudilərə fərqlənmək üçün paltarlarında xüsusi işarə və sarı lent bağlamaq əmri verilmişdi. Bu zaman Sərdari öz əlaqələrindən istifadə edərək, 2 mindən çox iranlı yəhudini xilas edə bildi.
1925-ci ildə İranda rejim dəyişikliyi baş verdi. Bu zaman yeni pasportların və şəxsiyyət vəsiqələrinin alınması zərurəti meydana çıxdı. Avropada yaşayan bir çox iranlıda bu pasportlardan yox idi. Bundan başqa, bu problem qeyri-iranlılarla ailə həyatı qurmuş iranlılarda da vardı.
1941-ci ildə SSRİ və Böyük Britaniya İrana hücum edən zaman Sərdarinin diplomatik fəaliyyəti üçün təhlükə yarandı. İranla müttəfiqlər arasında müqavilə imzalandıqdan sonra Sərdariyə mümkün qədər tez bir zamanda evə dönməyi əmr etdilər. Buna baxmayaraq, o, Parisdə qalmağa qərar verdi və yenə də öz köməyini əsirgəmədi. Sərdarinin nasist ideoloqları ilə yazışmaları var ki, bunlar da F.Muxtarinin kitabında yer alır. O, yazır ki, “fars hökmdarı Kir yəhudiləri Babil əsarətindən xilas edərək İrana gətirir. Bu zaman bir çox iranlı Musanın kitabı ilə tanış olur və bu təlimə yiyələnir. Ancaq bunların yəhudilərlə bir bağlılığı yoxdur və xüsusi qrup olaraq “Djuguten” (“Cuhud”) adlanır.”
Sərdari heç zaman öz əməllərinin kredosunu almaq üçün yaşamadı. Yəni O, bütün bu işləri bir borc bilirdi. Ömrünün sonlarını İngiltərədə, diplomat məvacibindən və İrandakı mülkündən məhrum olunmuş şəkildə yaşadı və Nottingemdə dünyasını dəyişdi.
O, ölümündən sonra 2004-cü ildə Los-Ancelesdə fəaliyyət göstərən yəhudi təşkilatlarından biri – Simon Wiesenthal Centre (Simon Vizental Mərkəzi) tərəfindən mükafatla təltif olundu.
F.Muxtari kitabında onun haqqında belə yazırdı: “Burada yolunu azmış, öz karyerasını, mal-mülkünü təhlükəyə ataraq, həmvətənlərini xilas edən bir müsəlman var…. Onun üçün “Mən müsəlmanam, sən isə yəhudi” – bunun heç bir mənası yox idi…..”