DÇ-2026-nın “ölüm qrupu” müəyyənləşdi

“Opta Analyst” 2026-cı il FIFA Dünya Çempionatının ən güclü və ən zəif qruplarını açıqlayıb. Təhlilə görə, Fransa, Seneqal, Norveç və İraqın yer aldığı "I" qrupu turnirin ən çətin qrupu hesab olunur.

15

2026-cı il FIFA Dünya Çempionatının ən güclü və ən zəif qrupları müəyyənləşib.

MSNews.az xəbər verir ki, “Opta Analyst”in təhlilinə əsasən, turnirin ən çətin qrupu Fransa, Seneqal, Norveçİraqın yer aldığı “I” qrupu hesab olunub. Bu qrupun orta “Opta Power Rating” göstəricisi 81,8-dir.

“Opta Analyst” yazır ki, Fransa hazırda beynəlxalq “Opta Power Rankings”də dünyanın ikinci ən güclü yığması kimi qiymətləndirilir. Bu reytinqdə yalnız İspaniya Fransadan öndədir. I qrupunda həmçinin Seneqal və Norveç də ilk 25-likdə yer alır. Bu baxımdan “I” qrupu 2026 Dünya Çempionatında üç komandası ilk 25-likdə olan yeganə qrupdur.

İkinci ən çətin qrup kimi Portuqaliya, Kolumbiya, ÖzbəkistanKonqo Demokratik Respublikasının yer aldığı “K” qrupu göstərilib. Bu qrupun orta güc reytinqi 81,0 təşkil edir. “Opta” qeyd edir ki, “K” qrupu turnirdə ilk 10-luqda olan iki komandanı — Kolumbiya və Portuqaliyanı birləşdirən yeganə qrupdur.

Ən güclü qruplar sırasında üçüncü pillədə Argentina, Əlcəzair, Avstriyaİordaniyanın mübarizə aparacağı “J” qrupu qərarlaşıb. Bu qrupun orta çətinlik göstəricisi 80,5-dir.

Təhlilə görə, turnirin ən zəif qrupu “B” qrupu hesab olunub. Kanada, İsveçrə, Bosniya və Herseqovina, Qətərin yer aldığı bu qrupun orta “Opta Power Rating” göstəricisi 70,9-dur. “Opta Analyst” bildirir ki, “B” qrupunda heç bir komanda dünyanın ilk 16 yığması sırasında deyil. Bu qrupda ən yüksək reytinqə malik komanda İsveçrədir.

“Opta” həmçinin “D” qrupunu proqnozlaşdırılması ən çətin qrup kimi göstərib. Türkiyə, Avstraliya, ParaqvayABŞ-ın yer aldığı bu qrup turnirdə bütün komandaları ilk 50-likdə olan yeganə qrupdur. Qrupun ümumi çətinlik reytinqi 78,3 kimi qiymətləndirilib.

Təhlilə əsasən, “D” qrupunda komandalar arasındakı güc fərqi çox azdır. “Opta Analyst” yazır ki, bu qrupda ən güclü və ən zəif komanda arasındakı reytinq fərqi cəmi 6,5-dir. Superkompüter simulyasiyalarında ABŞ qrupun favoriti kimi göstərilsə də, digər komandalarla fərq böyük deyil.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Turnirdə ilk dəfə 48 milli komanda iştirak edəcək və komandalar 12 qrupda mübarizə aparacaq.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti