İrandan sərt xəbərdarlıq: Livanda müharibə bitmədən sülh olmayacaq

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Livanda müharibə dayandırılmadan regionda sülhün mümkün olmadığını bildirib. Tehran Livan məsələsini danışıqlarda prioritet sayır.

52

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Livanda hərbi əməliyyatlar dayandırılmadan və ölkənin bütün əraziləri üzərində suverenliyi bərpa edilmədən Yaxın Şərqdə sülhün mümkün olmayacağını bəyan edib.

MSNews.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Qalibaf noyabrın 16-da livanlı həmkarı Nəbih Berri ilə telefon danışığı zamanı bildirib ki, Tehran danışıqlar prosesində öz tələb və şərtlərini irəli sürərkən Livan məsələsinə xüsusi diqqət ayırır.

Nəbih Berri isə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasının və İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasının vacibliyini vurğulayıb.

Danışıq ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uoltsun Livana səfəri fonunda baş tutub. “L’Orient Today” nəşrinin məlumatına görə, Uolts noyabrın 16-da Berri ilə görüşündə Hizbullahın silahsızlaşdırılmasının vacibliyini bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə qəbul etdiyi 1701 saylı qətnamə İsrail və Hizbullah arasında hərbi əməliyyatların dayandırılmasını, İsrail qüvvələrinin Livanın cənubundan çıxarılmasını və bölgədə Livan ordusu ilə BMT sülhməramlılarının yerləşdirilməsini nəzərdə tutur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.