İlon Mask dünyanın ilk trilyoneri oldu

“Reuters”in məlumatına görə, "SpaceX"-in rekord IPO-sundan sonra İlon Maskın sərvəti 1,1 trilyon dolları ötüb. Şirkət 75 milyard dollar cəlb edərək 1,77 trilyon dollar dəyərində qiymətləndirilib.

28

Amerikalı sahibkar İlon Mask “SpaceX”-in rekord ilkin kütləvi yerləşdirməsindən sonra dünyanın ilk trilyoneri olub.

MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, “SpaceX”-in birjaya çıxışından sonra Maskın ümumi sərvəti 1,1 trilyon dolları keçib. Agentlik yazır ki, sahibkarın sərvətinin əsas hissəsi hazırda məhz “SpaceX”-dəki payı ilə bağlıdır.

Reuters”in digər məlumatına əsasən, “SpaceX” səhmlərini hər biri 135 dollardan yerləşdirib və IPO zamanı 75 milyard dollar cəlb edib. Bu, ABŞ-da ilkin kütləvi yerləşdirmələr tarixində ən böyük məbləğ kimi göstərilir.

Birjaya çıxışdan sonra şirkətin bazar dəyəri 1,77 trilyon dollar qiymətləndirilib. Bu göstərici “SpaceX”-i ABŞ-da listinq olunan ən dəyərli şirkətlərdən birinə çevirib.

Məlumata görə, investorların yüksək marağı əsasən “SpaceX”-in kosmik uçuşlar, Starlink peyk interneti və gələcək texnologiya layihələri ilə bağlı gözləntiləri ilə izah olunur. Bununla belə, “Reuters” qeyd edir ki, şirkətin yüksək qiymətləndirilməsi onun gələcək gəlirlilik potensialı və dövlət sifarişlərindən asılılığı ilə bağlı sualları da gündəmə gətirir.

“SpaceX”-in IPO-su Maskın sərvətini kəskin artıraraq onu texnologiya və maliyyə tarixində yeni mərhələyə çıxarıb. “Reuters”in hesablamasına görə, Mask hazırda ən yaxın rəqiblərini böyük fərqlə qabaqlayır.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930