İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

Çolpon-Ata şəhərində Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarovanın adından Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti təşkil olunub.

91

İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.

MSNews.az xəbər verir ki, ziyafət Qırğızıstan Prezidenti Sadır Japarovun və birinci xanım Ayqul Japarovanın adından təşkil olunub.

Dövlət ziyafəti Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilib. Tədbir barədə məlumat Azərbaycan Prezidentinin rəsmi saytında yayımlanıb.

İyulun 31-də Çolpon-Atada Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə bir sıra yüksək səviyyəli tədbirlər də keçirilib. Dövlət başçıları arasında təkbətək görüş baş tutub, Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının III iclası keçirilib, mühüm sənədlər imzalanıb və qarşılıqlı ali dövlət mükafatları təqdim olunub.

Səfər zamanı iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi, siyasi, iqtisadi, nəqliyyat, energetika və humanitar əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzuları olub.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.