Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxı rayonuna səfər ediblər.
MSNews.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Şamaxı şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Səfər çərçivəsində Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda bir sıra yeni turizm və infrastruktur obyektləri ilə də tanış olublar.