İlham Əliyev Maya Sandunu Moldovanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Prezident İlham Əliyev Moldova Prezidenti Maya Sanduya ölkəsinin müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.

67

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Maya Sanduya ölkəsinin müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.

MSNews.az xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi saytında avqustun 27-də dərc olunub. Məktubun özü isə Bakı şəhərində 24 avqust 2026-cı il tarixində imzalanıb.

Dövlət başçısı Maya Sandunu və bütün Moldova xalqını Azərbaycan xalqı adından təbrik edərək ən xoş arzularını çatdırıb.

İlham Əliyev Azərbaycan-Moldova münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib:

“Bu gün Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur.”

Prezident iki ölkə arasında münasibətlərin gələcəkdə də genişləndirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylərin davam etdiriləcəyinə əminliyini bildirib.

İlham Əliyev məktubun sonunda Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və dövlətçilik fəaliyyətində uğurlar, Moldova xalqına isə əmin-amanlıq və rifah arzulayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.