İlham Əliyev BMT-nin Azərbaycanda yeni rezident-əlaqələndiricisini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisi Dmitro Şlapaçenkonu qəbul edib və əməkdaşlıq məsələlərini müzakirə edib.

61

Prezident İlham Əliyev sentyabrın 2-də BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisi Dmitro Şlapaçenkonu qəbul edib.

MS-News.az xəbər verir ki, görüş zamanı Şlapaçenko etimadnaməsini dövlət başçısına təqdim edib.

Görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlıq müzakirə olunub. İlham Əliyev Azərbaycanın COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi iri BMT tədbirlərinə ev sahibliyi etdiyini xatırladaraq, bu il BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Mədəniyyətlərarası Dialoq Forumunun da keçiriləcəyini bildirib.

Dmitro Şlapaçenko Azərbaycanı BMT-nin mühüm tərəfdaşı və beynəlxalq tədbirlərə ev sahibliyi edən “orta güc” dövləti kimi xarakterizə edib. O, Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransını və Azərbaycanda BMT-nin İqlim Həftəsi tədbirinin təşkil olunacağını da qeyd edib.

BMT rəsmisi Qarabağ və Şərqi Zəngəzurda aparılan postmünaqişə bərpa-quruculuq işlərinə təşkilatın öz təcrübəsi ilə dəstək verməyə hazır olduğunu bildirib. O, mina probleminə də toxunaraq BMT-nin bu istiqamətdə Azərbaycana yardım göstərmək və təcrübəsini bölüşmək niyyətində olduğunu deyib. İlham Əliyev isə mina təhlükəsinin bərpa prosesinə maneələr yaratmasına baxmayaraq, Azərbaycanın minatəmizləmə fəaliyyətini davam etdirdiyini vurğulayıb.

Şlapaçenko yaxın vaxtlarda Qarabağa səfər edəcəyini və BMT Günü münasibətilə Qarabağ Universitetində böyük tədbirin keçirilməsinin planlaşdırıldığını bildirib. Görüşdə həmçinin Cənubi Qafqazda transsərhəd çayların ekoloji vəziyyəti, monitorinq məsələləri və Xəzər dənizində su səviyyəsinin azalması müzakirə olunub.

BMT-nin Azərbaycandakı nümayəndəliyi də görüşü təsdiqləyərək tərəflərin Azərbaycanın dayanıqlı inkişaf prioritetləri üzrə əməkdaşlığın davam etdirilməsi imkanlarını müzakirə etdiyini bildirib. Şlapaçenko bundan əvvəl 2021–2026-cı illərdə BMT-nin Türkmənistandakı rezident-əlaqələndiricisi vəzifəsində çalışıb və diplomatiya, inkişaf, sülh quruculuğu və strateji planlaşdırma sahəsində 28 ildən çox təcrübəyə malikdir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.