İngiltərənin “Hull City” klubu Çempionşip pley-off finalında “Middlesbrough” komandasını 1:0 hesabı ilə məğlub edərək Premyer Liqaya yüksəlib. Londondakı “Uembli” stadionunda keçirilən finalın taleyini 90+5-ci dəqiqədə Oli Makbörninin vurduğu qol həll edib.
Bu nəticə ilə “Hull City” 2016/17 mövsümündən sonra ilk dəfə İngiltərə futbolunun ən yüksək divizionunda çıxış edəcək. “Sky Sports” yazır ki, komanda 9 mövsümlük fasilədən sonra Premyer Liqaya qayıdır.
Final gərgin və azsaylı qol epizodları ilə yadda qalıb. “Middlesbrough” topa daha çox nəzarət etsə də, Qapıya dəqiq zərbə vura bilməyib. “Hull” isə son dəqiqələrdə rəqib qapıçısının səhvindən istifadə edərək tarixi qələbəni rəsmiləşdirib.
Bu uğur “Hull City” üçün təkcə idman baxımından deyil, maliyyə cəhətdən də böyük əhəmiyyət daşıyır. Premyer Liqaya yüksəliş kluba yayım gəlirləri və mümkün “parachute payments” hesabına təxminən 200 milyon funt sterlinq qazandıra bilər. Bu məbləğ cari məzənnəyə görə təxminən 230-250 milyon avro aralığında qiymətləndirilir.
“The Guardian” finalı “Spygate” qalmaqalı fonunda keçirilən dramatik oyun kimi təqdim edib. Qeyd olunur ki, “Southampton”un rəqib məşqlərini icazəsiz izləməsi ilə bağlı diskvalifikasiyasından sonra “Middlesbrough” finala çıxmışdı. Buna baxmayaraq, həlledici oyunda sevinən tərəf “Hull City” olub.